kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Mənəvi Praktikaların Mənbələri

babilQədim Babil müxtəlif mənəvi cərəyan və praktikalar üçün bir beşik olmuşdur. Əgər ibrahiməqədərki dövrdə babillilər Nuhun müridlərinin öyrətdiyi kimi sakit, sevgi və dostluq içində yaşayırdılarsa – daha sonra eqoizmin sıçrayışı nəticəsində onlar bir -birindən ayrılmağa başladılar və çoxsaylı qruplara parçalandılar.

Hər bir qrup, öz daxili meylindən doğan bu və ya digər ilaha ( xüsusiyyətə, qüvvəyə) sitayiş etməyə başladı. Bu hər hansı bir daşa və ya ağaca sitayiş deyildi. Bu təbiət qüvvələrinə sitayiş idi. Günümüzdə vüsət tapan ağ və qara maqiya, astrologiya və digər təlimlər, belə olub yaranıb.

Buna görə də İbrahim hamıdan fərqlənib, tamamilə yeni məktəb yaratmalı olduğunu anlayanda əsl faciə yaşadı. Onun təlimi ilə, digər cərəyanlar arasındakı fərq – çox böyük idi. Çünki onun metodu – mənfi qüvvədən istifadə edərək, müsbət qüvvəni yüksəltməyə əsaslanır.

Digər məktəblərin təlimi, təbiətin mənfi qüvvələrini ört – basdır etmək və onlarla barışıq yaşamağa əsaslanır. İbrahim hesab edirdi ki, dünyada mənfi heç nə yoxdur və əgər nəsə mənfi görünürsə, bu ancaq ondan düzgün istifadə etmədiyimizə görə belədir! Biz, mənfi qüvvələrdən düzgün istifadə etməyə başlayan kimi, dərhal yüksəlməyə başlayacağıq. Buna görə də, mənfi qüvvələr dordan da bizə lazımdır. Onların hamısı rəhmli və daim mərhəmətli olan Yaradandan gəlir, ancaq bizim onları tədbiq etmək yolumuz yanlışdır.

İlahi sistem insanı öz üzərində işləməyə təhrik edir. İnsan öz üzərində işləməlidir ki, öz mənfi və müsbət xüsusiyyətlərini pozisiyalara ayıra bilsin.
Daha sonra…
Buna görə də, İbrahim öz metodunu yayarkən o həmvətənləri tərəfindən çox təqiblərə məruz qaldı. Nəticədə o həm Qədim Babili, həm də keçmiş mərhələdə olanlardan qəlbən və fikrən qoparaq uzaqlaşmalı idi. Yəni çoxilahlılıqdan və mümkün olan bütün mənəvi təlimlərdən uzaqlaşmalı idi. Axı o bilirdi ki, təkcə:
•insan
•Yaradana bənzəmək arzusunu yaşadan cəmiyyət
• Yaradanın özü
Var.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

193 - 0.138