kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Qrupun məqsədi

Rabaş
Qrupun məqsədi
rabashBiz burda toplanmışıq ki, Baal Sulamın yolu və metodu ilə getməyə maraqlı olan hər kəs üçün qrupun təməlini qoyaq. Bu yol, heyvani mərhələdə qalmayıb, bizə, insan pillələri ilə qalxmağa imkan verir. Müdriklərin dediyi kimi: “Siz Mənim qoyunlarımsınız, siz Mənim ümmətimsiniz, siz- insansınız : “siz insan adlanırsınız, bütpərəstlər isə insan adlanmır” – bu Raşbinin kəlamlarıdır.

İnsanın səviyyəsini anlamaq üçün biz burda müdriklərin kəlamlarını xatırlayacağıq: “gəlin son sözü dinləyək: Yaradanın önündə titrə, və Onun əmrlərinə tabe ol, çünki insan olmaq budur”
Qmara soruşur: “Insan olmaq budur” – nə deməkdir”? Rabbi Elyazar demişdir : “bütün dünya bunun üçün yaradılmışdır”- yəni, bütün dünya təkcə Yaradan önündə titrəyiş üçün yaradılıb.

Bəs, “Yaradan önündə titrəmək” nə deməkdir, bunu anlamaq lazımdır. Axı belə çıxır ki, bu – dünyanın yaradılış səbəbidir. Müdriklərin kəlamlarından isə, bəllidir ki, yaradılış səbəbi Onun məxluqatına xeyir vermək (arzusu) olub. Başqa sözlə desək, Yaradan məxluqata həzz vermək istəyir, ki, onlar dünyada özlərini xoşbəxt hiss etsinlər. Burda isə, müdriklər deyirlər ki, “insan budur”, yəni yaradılışın məqsədi “Yaradan önündə titrəyişdir”.

Məxluqatın yaradılış səbəbi, onun mənfəət və ləzzət almasıdır və buna baxmayaraq, məxluqat bunu duymur. Bunun səbəbi də “Tövratın bəxşi” kitabında izah edilir. Səbəb budur ki, Yaradanla onun xüsusiyyəti üst üstə düşmür. Axı Yaradan – bəxş edən, yaradılan – alandır. Və mövcud olan qanuna əsasən “budaqlar, törəmiş olduqları- köklərə bənzəmək istəyir.”

Bizim kökümüzə “almaq” xüsusİyyəti xas deyil, yəni Yaradan heç nədə çatmamazlıq hiss etmir ki, O bununla özünü təmin etsin .. Buna görə də insan “alan” qismində olarkən, narahatçılıq duyur. İnsan sədəqə almaq istəmir.
Və bunu düzəltmək üçün, dünyanı, aləmi yaratmaq lazım idi. “Aləm” (olam- עולם) – mübhəmlik deməkdir, belə ki, mənfəət və həzz, mütləq gizli qalmalıdır. Nəyə görə? Cavab: titrəyişə görə. Başqa sözlə desək, yəni, insan öz “özünə vurğunluq” adlanan “almaq” qabından istifadə etməzdən öncə titrəyişi duysun deyə ..
Burdan doğan məna budur ki- İnsan həzz almağı arzulayır amma bu həzzin ehtirasının üstündən gəlməyə qüvvəsi olmalıdır. Buna görə də insan özünü həzz almaqdan çəkindirir.

Əksinə, Yaradana həzz verəcək arzulardan qoy o da həzz alsın. Məna bundadır ki Yaradılmış olan, Yaradana lütf etmək istəyir və o Yaradan önündə titrəyir. Yəni, bu zaman o öz mənfəəti üçün almaqdan qorxur. Axı, öz mənfəəti üçün aldığı həzz, onu Yaradanla birləşməkdən, uzaqlaşdırlr.

Digər tərəfdən, insan Yaradanın hər hansı bir əmrinə əməl edərkən, o bu əməlin ona təmiz niyyət verməsini, ummalıdlr- təmiz niyyət-əməliylə Yaradana lütf edə bilmək istəyidir. Müdriklərin dediyi kimi: “Rabbi Xananiya ben Akaşiya demişdir: Yaradan İsraeli layiq görmək istədi və buna görə də onlara Tövratı və əmrləri misliylə verdi”

Buna görə də, biz burada qrupun təməlini qoymaq, hər birimizin “Yaradana lütf etmə” ruhunda olması niyyəti ilə toplanmışıq. Amma yaxınına Sevgi bəsləmək, yalnız özündən imtina etməklə olur. Bir tərəfdən hər birimiz özümüzü mütəvazi aparmalı, digər tərəfdən də fəxarət hissi içində olmalıyıq ki, Yaradan bizə qrupa daxil olmaq kimi bir imkan tanıyıb. Burada hər birimizin bir məqsədi var “Şxina bİzim aramlzda olsun”.

Və düzdü biz hələ hədəfə nail olmamışıq, amma buna çatmaq kimi bir arzumuz var. Bunun özü də, bizim üçün mühüm əhəmiyyət kəsb etməlidir. Baxmayaraq ki, biz hələ yolun başındayıq. Amma biz ümid edirik ki, bu ümdə məqsədə çatacağıq

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

184 - 0.139