kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Haqqımızda

LOGOPNGBeynəlxalq Kabbala Akademiyası (BKA) qeyri kommersial assosiasiya olub, əsas vəzifəsi, bəşəriyyətin müsbət dəyişikliyinə, sivilizasiyanın optimal inkişaf yolu üzərində olmasına gətirib çıxaran – yaradılış sistemi və insan təbiəti haqqında fundamental biliklərin yayılmasıdır.

Akademiya mənəvi yüksəlişə aparan fəaliyyətlə yanaşı, qanunların inteqral və əsas sistemini açıqlayan qədim və müasir biliklər sisteminin elmi tədqiqatı ilə məşğuldur. Bu qanunların öyrənilməsi bəşəriyyətə qlobal sivilaziya krizisi probleminə həll yolu tapmağa imkan verir. Beynəlxalq Kabbala Akademiyası sayı artmaqda olan müxtəlif dillərdə tədris alan tələbələrin ehtiyacını təmin etmək niyyəti ilə, 2001- ci ildə yaradılmışdır.

Beynəlxalq Kabbala akademiyası, distansion təhsil və internet televiziyası haqqında topladığı bütün təcrübələrə əsasən – distansion tədrisi təşkil etdi. Birinci tədris ilində, Kabbalanın əsası üzərində hazırlanmış kursu  bütün dünyadan  ,sayı 3000 -dən çox olan tələbə uğurla başa vurdu.Bu günə kimi distansion kurs xidmətindən bütün dünyada 50.000 -dən çox tələbə istifadə etmişdir.

Hazırda bütün dünyaya internet üzərindən xəbər yaymaq üçün Təl Əvivdə, Nyu-Yorkda, Torontoda,Sent Lyuisdə, San-Fransiskoda, Sankt-Peterburqda və Moskvada müasir cihazlarla təchiz olunmuş mərkəzlərdən istifadə olunur.

Təşkilatda BKA müəllimlərinin iştirakı ilə çoxsayda könüllülər: operatorlar, səs rejissorları, internet yayımlar üzrə texniki mütəxəssislər, və həmçinim tərcüməçilər, digər mütəxəssislər çalışır.

Yayımlarda həmçinin Beynəlxalq Kabbala Akademiyasının yuxarı kurslarda təhsil alan tələbələri iştirak edir. Bütün suallar və BKA-da keçilən tədris materialı barədə siz forum vasitəsilə müraciət edə bilər, “BKA müəlliminə sual” bölməsinə suallarınızı verib, cavab ala bilərsiniz. Texniki komanda yayımı dəstəkləyir və təşkilatda yayim zamani tələbələrin çalışmasına yardım edir. Təhsil planı üzərində çalışma və tədris metodu heç vaxt  kəsilmir, bu da təklif olunan təhsil şərtlərinin daim yaxşılaşdırılmasına yardım  edir.

Akademiyada tələbələrə göstərilən bütün xidmətlər pulsuzdur. Bu BKA-da bütün tədris sisteminin inkişafı üçün böyük səylər göstərən çoxsaylı könüllü şəxslərin əməyi sayəsində mümkün olur.

BKA-da səy göstərən hər bir könüllü şəxsin yalnız bir niyyəti var- Kabbala elminin müdrikliyini bütün bəşəriyyitə çatdırmaq.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

77 - 0.076