kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Rabaş

rabasBaruh Şalom Alevi Aşlaq (Rabaş) 1907- ci ildə, Şvat ayının 7-də anadan olmuşdur. Baal Sulam İsrailə gələn kimi böyük oğlu Baruhu “Tora Emet” məktəbinə oxumağa göndərdi. O zaman, Baruhun 15 yaşı var idi. O, bütün mudrikliyə yiyələnmək qərarına gələrək, öz boynuna kitablardan aralanmamaq kimi bir öhdəlik alır və sutkada 16 saat ərzində qiraət edirdi. Onu yuxu tutmasın deyə, kitabları ayaqüstə duraraq, oxuyurdu.Baal Sulam, özünə şagird kimi ancaq ailəli kişiləri seçirdi və buna görə də Baruh, ancaq onlara çay vermək fürsətindən istifadə edərək, Baal Sulamın öz şagirdlərinə verdiyi izahları dinləmək imkanı əldə edirdi. Baruh, 17 yaşında olarkən, dövrünün iki böyük öndərinin -Rav Yosef Xaim Zonenfeldin və Rav Kukun qiymətləndirməsindən keçmişdir. Daha sonra Rav Maraxov və Rav Elmelek Koen Rubinşteyndən dərs almışdır. 18 yaşında Rav İzeskel Elimelek Zinderin qızı ilə ailə qurmuş və artıq atasının bütün digər şagirdləri kimi, bir dərs belə ötürmədən, ondan dərs almağa başlamışdı. Atasi ona oğlu kimi deyil, şagirdi kimi yanaşırdı. Amma Rav mənə söyləyirdi ki, öz müəlliminin önündə boyun əymək, ona çətin gəlirdi, çünki müəllimi həm də onun atasıydı. Rav Baruh, Baal Sulamın qrupundaki şagirdlərdən biri idi, ancaq onun məktublarından görürük ki, Baal Sulam mənim Ravıma xüsusi seçilən bir şagird kimi münasibət bəsləyirdi. Və əsla ona görə yox ki, Baruh onun oğlu idi.

Rav danışardı ki, doğma atası qarşısında özünü əymək, oz mənliyini ləğv etmek, Baal Sulama öz atasi kimi yox, dünyanın ən dahi və yeganə müdriki kimi münasibət göstərmək, ona çox çətin gəlirdi. Bizə elə gelir ki, bu mümkündür və belə baxanda, asandır. Ancaq siz təsəvvür edirsinizmi, məhz doğma atasıyla münasibətdə, göydən, her dəfəsində daha da böyük olan, müxtəlif problemlər yağır. Təsəvvür edirsinizmi, ona bunu etmək necə çətin olub? Ancaq mənim Ravim bunları aradan qaldıraraq, Baal Sulamın bütün şagirdləri içində onun yolunu davam etdirən, yeganə kabbalist oldu. Baal Sulamın digər şagirdləri (onun 6 şagirdi vardı) ilahi aləmə yüksəlmişdilərsə də, ancaq onun vəfatından sonra bu məqamdan endilər, çünki onları ali aləm ile əlaqələndirən və onlara ilahi cəhətdən dəstək təmin edən Baal Sulamın özü idi.
Rav Baruhun atasının dərsleri zamanı, qələmə aldığı əlyazmalar “Şamati”, “Eşitdiklərim” adı altında saxlanılmışdır.

Menim Ravım, öz atasından eşitdiyi her bir şeyi qələmə almışdır. Men onun yanına məşğul olmağa gələndə, ona tez- tez məni üzən, ağır suallar verməyə başlamışdım. O həmişə cavabdan qaçardı. Ancaq bir dəfə o mənə dedi ki, öz əlyazmalarını mənə verəcək, mən onları oxuyub, məni maraqlandıran bütün suallara cavab tapacam, və hər dəfə, müxtəlif ruh hallarında oxuyaraq, nəyi anlamalıyam onu da anlayacam. Və bu mənə bütün ömrüm boyu bəs olacaq, hətta o həyatda olmayanda belə..

Onun mənə verdiyi məqalə və əlyazmalar çox dərin ve vacibdir. Hər dəfə onları oxuyarkən insana elə gəlir ki, o nəyi isə başa düşür, ancaq növbəti dəfə oxuyanda ona məlum olur ki, onun qavrayışı necə də yanlış imiş və o özü üçün tamamilə yeni yeni dərinliklər aşkara çıxardır. Oxucunun oxuduqlarını necə qavraması, onun vəziyyətinin hansı səviyyədə olmasından asılıdır.

Bu məqalələr zirvə nöqtəsindən, yüksək nailiyyətlər nöqtəsindən yazilmışdır. Ancaq onları istənilən an aşaği səviyyədə, hətta bizim dünya səviyyəsində də oxumaq olar. Hər bir kəs bu məqalələrdə, bu anda müəllifin oxucuya nə demək istədiyini, bu vəziyyətdə nə etmək lazım olduğunu və özünün şəxsi vəziyyətini tapa bilər. Mən hamıya bu məqaələri oxumağı tövsiyə edirem, hətta gündə bir neçə sətir olsa belə ..Menim Ravımın yuxudan öncə bir neçə saniyəlik bu dəftəri acmaq kimi bir adəti var idi ki, bu da onun ruhuna işığın yayılması üçün bəs edirdi.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

189 - 0.114