kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

İşıq növbəti addımın çıxmasına təkan verəcəkdir

gabSual: Biz müstəqil fəaliyyət imkanını əldən verməmək üçün nələr etməliyik?

Cavab: Belə imkanları yalnız ətraf mühitdə aydınlaşdırmaq olar. Mən həmişə ətrafıma, dünyaya nə fayda verə biləcəyimi axtarıram. Əgər mən buna can atıramsa, onda bu imkanı alıram.

Əgər insan passivdir və fikirləşir ki heç nə etmək olmaz, onda bu imkanı görməyəcək. Amma əgər o üzərinə təzyiq edib faydalı əməl axtarırsa, onda bu imkanları araşdırır. Necəki biz indi bir çox ölkələrdə geniş yayılmaya çıxırıq, kitab yarmarkalarında iştirak edirik, müəssisələrdə seminarlar, evlərdə görüşlər təşkil edirik.

Biz hər zaman axtarırıq. Və bizə məlum deyil, sabah biz hansı formada olacaqıq. Mən qəsdən bunu vurğulayıram ki, siz belə münasibətə öyrəşəsiz. Axı hər şeyi nur açmalıdır və bizə bu günün və sabahın düzgün formasını verməlidir.

Mən bilmirəm sonra nə olacaq, hec bilməkdə istəmirəm. Belə bir istək – artıq eqoizmin əlamətidir. Əgər vermək istəyirsənsə, onda elə indi bunu et, yerində, maksimal 100% qadir olduğun qədər ver. Yalnız bu vermək adlanır. Əgər sən hesablaşmalar aparırsansa: ola bilsin indi yox sonra – bu artıq vericilik deyil.

Hər şeyi bu gün et, onda sənin vəziyyətinə görə sənə növbəti addımın necə oldugunu anlamaq üçün, ağıl və hissi verən nur gələcək. Hər zaman belə.

“Zaminlik” məqaləsi olan dərsdən. 07-07-2014

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

182 - 0.111