kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Komandanın tək ürək olaraq birləşməsi

Sual: Uşaqlar bizlərin və dünyanın gələcəyidir. Oyunlar oynayaraq birlik olmağı öyrənməyə çalışırlar. Bəzən bu birlik olma oyunlarından bezirlər və “Artıq bəsdir! Axırda kiminsə qalib olmağını istəyirik” deyirlər. Bu vəziyyətdə nə etməliyik?

Cavab: Qrupun içində qalib olmaq istəyən insanın olması problemdir. Bu oyunun düzgün şəkildə idarə edilmədiyini göstərir. Əlbəttə, həm böyüklər, həm uşaqlar hər zaman qalib olmaq istəyirlər. Bu müəyyən dərəcəyə qədər hamımızda olan psixoloji meyildir. Ancaq təhsil onsuzda bir uşağa tək başına qalib olmağının mümkünsüz olduğunu, sadəcə birlik olaraq qalib olmağın mümkün olduğunu yavaş-yavaş düşünməyi öyrətməlidir. Bundan sonra əldə etdiyi bu vərdiş onun ikinci təbiəti olacaqdır.
Bu psixoloji vəziyyətdir. Dünyada olan bir çox qrup bu cür yetişdirilmişdir. Məsələn, atletlər, dalğıclar və s. Psixoloji yetişdirilmə. İnsan bunu anladığı zaman nəyisə bacarsa belə, bunu qrupa borclu olduğunu başa düşəcək. Buna görə də, bu mütləq öyrədilməli olan bir şeydir. Bunu uşaqlara öyrədə bilərik və bunun nəticəsində düşünməyə, hiss etməyə və bu cür davranmağa başlayacaqlar.
Batan sualtı qayıqla bağlı çox tragik hekayə var. Ekipajın yarısının özünü xilas etmə şansı varkən, digər yarısının belə bir şansı yox idi. Qurtulma şansı olan ekipaj sualtı qayıqdan çıxmaqdan imtina etdilər və hamısı birlikdə qayığın içində ölməyi seçdilər. O qədər özlərini bir-birlərinə bağlı hiss etdilər ki, dostlarını arxalarında qoyub getmədilər.
Bu nümunə bizə birlik üçün hazırlıqlı olmağın nə qədər vacib olduğunu göstərir. “Mən”in olmadığı “Biz” duyğusunun fərdin içində formalaşması üçün.

Michael Laitman, Almaniyadakı Avropa Kongresindən 22 mart 2013, dərs 2

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

190 - 0.126