kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Boşluğu doldurmaq üçün axtarışlara çıxmaq və təmin olunma prosesi

İnsan həyatı- daima sürən axtarış prosesidir.İnsan hər zaman ona zövq verən , hər dəfə yeni yeni arzularını təmin etmək : qida, zənginlik, cinsi tələbatını ödəmək, hökm və bilik əldə etmək uğrunda yarışır.

Bütün bu arzular insanda daima əmələ gəlir bə bir-birini əvəzləyir. Və insan ömür boyu bunları həyata keçirməyə çalışır.
Bir çoxlarına öz ilahi arzusunu təmin etmək nəsib olub.Bu haqda onlar öz kitablarında yazır.
Onların bu prosesi açıqlaması və təsviri Kabbala adlanan bir elmin əsasını qoymuşdur.Bu insanlar özlərini kabbalist adlandırmışlar.
Kabbalistlər izah edirlər ki, insan öz ruhunu bu dünyada olarkən işıqla elə təmin etməlidir ki,o yerə ,insanın qəlbinə yəni fani arzulara enməmişdən öncəki mənəvi səviyyəyə yüksələ bilsin.
Bizim işimiz budur ki, ürək və ya bədən adlanan -bütün digər arzulara baxmayaraq , qəlb nöqtəmizi ali işıqla təmin edək.
Kabbalistlər deyirlər ki, ruhun ali işıqla təmin olunması insana ali aləm duyğusu yaşadır.
Bu o deməkdir ki, insan eyni zamanda, həm ali aləmdə yaşaya ( duya) bilər, həm də bizim dünyada.
Bizim dünyada insanın tam islah olunduğu və öz ruhunu ən ali ilahi səviyyədə təmin etdiyi hal – ruhun islah olunmasının Sonu və ya sadəcə islah olunmanın Sonu adlanır.
Kabbala İnsana, Ali qüvvəyə meyl hiss etdiyi və bunun sayəsində Kabbala haqqında ilk məlumat aldığı andan- ruhun təmin olunması metoduna yiyələnmək, tam həzzalma halına nail olma,əbədilik duyğusu,mütləq dərketmə və mükəmməllik əldə etmək imkanı verir.
Həmçinin o, bunu indi, bu dünyada realizasiya etmək imkanı əldə edir, daha dəfələrlə bu ” mükəmməl olmayan” dünyaya qayıdıb, doğulduğu andan ,ölənə kimi axtarış və iztirablarda yaşamaq məcburiyyətində deyil.
Ruhlar daima dəyişir, inkişaf edir,kamilləşir, buna görə də Kabbala elminin vızifəsi, məhz hər bir çağ üçün uyğun gələn ali təmin olunma metodunu yaratmaqdlr.
Bu elm elə ona görə də, “Kabbala” adlanır. “Kabbala” – qəbul etmək deməkdir, hansı ki ruhu işıqla təmin etmək metodunu öyrədir.
Kabbala insana ali işığı qəbul etməyi və onunla ruhunu tam təmin etməyi, yəni, həm ürək, həm də mənəvi, bütün arzuları təmin etməyi öyrədir.
Bu mümkündür, çünki bizim bütün arzularımız məhz həmin işıqla yaranır. Və buna görə də, ancaq birbaşa işıqla təmin olunmanın özü bizim yanğımıza su səpə bilər.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

182 - 0.114