kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

İlahi fəza

54875İnsanın bədəni öldükdə,onun ruhu yeni doğulan bir bədənə köçür.Bir həyatdan, o birinə keçə-keçə,tədricən ruh, insanda özünü təzahür etməyə hazır olur.

Uzun illər insan öz ruhunu duymadan – ali aləmə meyl etmədən yaşayır. “Ali qüvvəyə yönəlmə” dünyəvi mənada adətən yaradıcılıq, poeziya, musiqi, incəsənət kimi nəzərdə tutulur” – bunu qarışdırmayın.

İnsan ruhun təzahürünü yeni bir arzu, meyl, bir boşluq kimi, özüdə nəylə doldura biləcəyini bilmədiyi bir boşluq kimi duyur. Bu andan da mütləq axtarışlara aparan yola düzəlir ki, bu yol onu mütləq Kabbalaya gətirir.
Bütün dünyadakı insanları bu yolla aparırlar, çünki Kabbala – ruhu təmin edə bilən yeganə metoddur.

İnsanın Kabbalaya gəldiyi andan, yəni onun Müəllim, kitab və qrupu tapdığı andan, “hazırlıq dövrü” (ali aləmə daxil olmaq üçün) deyilən period başlanır. Bu period bir neçə il davam edə bilər (ən azı 3 il).

Daha sonra o ali aləm hissiyyatına varır, yəni Yaradanı aydın duyur. Onun önündə ilahi fəza açılır. Bu fəzanın kənarında o özü olur, mərkəzində isə Yaradan durur.
İlahi fəza- fiziki sahəyə bənzər xassələr fəzasıdır. Bu – mərkəzdə maksimal surətdə təzahür edir, mərkəzdən periferiyaya doğru isə zəifləyir. Sərhəd nöqtədə bu xüsusiyyətlər itir və bizim dünya başlayır.

Öz xüsusiyyətlərini Yaradanınkı ilə dəyişərək insan bu ilahi fəzada irəliləyə bilir: bu xüsusiyyətlərin fərqli olması Yaradanla insanı bir birindən uzaqlaşdırır, bənzər olması isə onları yaxınlaşdırır. Xüsisiyyətlərin təmamilə üst-üstə düşməsi tam vəhdətə gətirir.

Öz başlanğıc halımızda, Yaradanın xüsusiyyətlərinə tam əks xüsusiyyətdə oluruq, buna görə də ümümiyyətlə bu sahadən kənarda oluruq və Yaradanı duymuruq.

Birinci hazırlıq mərhələsindən sonra, insan birinci olaraq, Yaradanın xüsusiyyətinə minimal bənzərlik əldə edir. Bu da bizim dünya ilə, mənəvi aləm arasında olan sərhədi (maxsom) keçməyə gətirib çıxarır.

Daha sonra ilahi yol başlanır, bu yolda insan aydın şəkildə Yaradanı duyur və öz xüsusiyyətlərinin Yaradana nəzərən nə qədər fərqli olduğunu görür və şüurlu şəkildə özünü düzəldir və Onunla yaxınlaşır.

Yaradanla xüsusiyyətlərini uyğunlaşdıraraq, Onunla tədricən yaxınlaşma yolu, insanın hər bir 620 eqoistik arzusunun altruistik arzuya dəyişməsi ilə gedən ardıcıl düzəliş mərhələlərindən ibarətdir.

Kabbalada bu 620 pillədə yüksəliş kimi (öz xüsusiyyətlərində) təsvir olunur. Kabbala bu pillələri, onların xüsusiyyətini, hər bir pillədə arzunun islah olunması metodunu açıqlayır. Nəticədə insan hər dəfə Yaradanı daha yeni duyğularla duyur.

İnsan bu dünyada yaşayaraq, bu dünyadakı cismində ardıcıl olaraq özünün bütün 620 arzusunu islah etməlidir.

İnsan- mənəvi pillələrlə yüksəlişi başa çatdıqdan sonra, özünü ruhu ilə tamamilə eyniləşdirir. Buna görə də maddi dünyaya qayıdaraq, bədənə bürünmək zərurəti aradan qalxır.

Elə hallar da olur ki, ayrı ayrı ruhlara tapşırılır ki, xüsusi bir missiyanı yerinə yetirmək üçün bədənə bürünsün. Bu missiya- dünyamızdakı digər cisimlərdə var olan ruhlara yardım etməkdir.
Buna ən parlaq nümumə- İbrahimin ruhu kimi mükəmməl bir ruhun bizim dünyaya enməsidir. Daha sonra da Musa, Raşbi, Ari, Baal Sulam obrazında dünyaya gəlmişdir.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.134