kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Yeni növ arzunun doğması

Dünyəvi arzuların cəmi insanın ürəyi adlanır. Amma yuxarıdan buraya yerləşdirilən hissəcik (arzu), qəlbdəki nöqtə adlanır.
İnsan öz bioloji həyatı ərzində, mənəvi ilahi arzusunu təmin etməlidir. O, buna nail olana qədər dəfələrlə bizim dünyaya qayıdacaq.
Belə olan halda, hər bir çağ- bizim dünyada cismani bədənə bürünmüş , həmin 600 000 ruhdur. Hər bir çağ-səfə düzlənmiş, ilahi işıqla təmin olunmaq üçün irəliləyən 600 000 ruhdur: cisim ölür,bədən isə yeni bədənə keçir və yenidən canlanır, yenə təmin olunmaq üçün yenə burda işləyir və öz inkişafının müəyyən bir mərhələsində ali işıqla təmin olunana qədər, bu şəkildə davam edir.
Bir çox insanın tələbatı bu dünya ilə çərçivələnir. Bura insanın yaradıcı, intellektual,mədəni meylləri və dünyanın quruluşunun dərk edilməsi və araşdırılması tələbatı da aiddir.
Bu ona dəlalət edir ki, bu insanların cisminə bürünmüş ruhlar- hələ ilahi arzuya – arzuların inkişafındakı beşinci mərhələyə nail olmayıblar. Bu tip ruhlar,var olduqları bədənin, bu dünyadan daha ali olan arzulara yönəlməsinə səbəb olmurlar.
Amma az sayda (hələki!) digər tip ruhlar da mövcuddur. Bu ruh zülali maddədən təşkil olunmuş bədəndə məskunlaşdıqda, insanda ali və əbədi olan qüvvəyə doğru cəzb olunma yaradır. İnsan çalışır ki, digərləri kimi, dünyanın ona verdiklərindən həzz alsın, amma bu alınmır.
O görür ki, digərləri yığmağa, əldə etməyə, zənginlik və uğura can atır,amma bütün bunlar ona oyun kimi görünür.
O bu “oyunlar” da bəzən uğurla iştirak edir, amma bu ona təmin olunma hissi yaşatmır.Tədricən, özünü bu dünyada sınayıb xəyal qırıqlığına uğradıqdan sonra, insan duymağa başlayır ki, onun ruhu başqa mənada təmin olunma tələb edir.
Nəhayət, ilahi arzu əldə etdikdən sonra, insan duyur ki, artıq o dünyəvi arzularla təmin oluna bilməyəcək,buna görə də həyat boşdur.Və bu zaman o, yeni – ilahi təminat qaynağı uğrunda axtarışlara başlayır.
Axtarış və məyus olma- yeni növ arzunun yaranmasında, bizim dövr üçün xarakter olan başlıca yol göstəricisidir. ХХ- əsrin ortalarından və daha sonrakı dövrdə daha çox şəxs yuxarıdan ilahi arzu alır, hansı ki , bu da insanda ziddiyyət yaradır, çünki bu onun qəlbində bütün digər dünyəvi arzularla birgə doğur.
Bu şəkildə yuxarıdan insanın qəlbinə beşinci arzunu endirirlər, bu da onu daxili narahatlıq halına salır. Məhz nu halda insanlar Kabbalaya gəlir, Ali Qüvvəyə yönələn arzularını necə təmin edəcəklərinin açıqlamasını axtarırlar.
İlahi arzu yuxarıdan verilir deyə, bizim dünyanın obyektləri onu təmin edə bilmir.Kabbala,insana göstərir ki,bu ən ali arzu doğan zaman , onu necə təmin etmək olar.İlahi arzunun təmin olunmasına nail olan Kabbalistlər ( “kabbala” sözü ivritcədən tərcümədə – qəbul edirəm mənasını verir) təmin edəni – işıq, daha dəqiq desək ali işıq adlandırırlar.
Bu ali işıq Yaradan adlanır,çünki arzunu özü yaradır və elə Özü də bunu təmin edir.Amma əgər insanda bu arzu doğmursa, onda o həyatını adi bir insan kimi davam etdirir.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

185 - 0.129