kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Düşüncənin gücü

Düşüncənin gücü

Zohar kitabı bizə Yaradanın altı min illik yaradılış müddətinin bütün xırdalıqlarını əvvəlcədən öz
düşüncəsində iki min il ərzində hazırladığını deyir. The Bing Bang (Böyük Partlayış) olaraq
bildiyimiz yaradılışın başlanğıc (Bereşit) müddətinin arxasında varlıqların hamısını özündə əhatə
edən Universal Düşüncə enerjisinə bağlı şüur sahəsinin var olduğunu görürük.
Yaxşılıq və pislik arasında ortaya çıxan kosmik mübarizə yaradılışın başlanğıc (Bereşit) müddətində
olduğu kimi bu gün də eyni cür davam edir. Bu mübarizədə tərəflər insan varlığında gördüyümüz
beş duyğu sisteminin sərhədlərini aşan, Universal düşüncə enerjisinin şüur sahəsi içində işlədiyini
deyə bilərik.
Bir tərəfdə maddi dünyanın idrakına köklənmiş və sadəcə özü üçün almaq arzusunda olan Bilgi
Ağacı, Ets HaDaat… Digər tərəfdə mənəvi dünyanın idrak sahəsində vermək arzusuyla dolu olan,
pisliklərin və mənfiliklərin çata bilməyəcəyi yüksəklikdə olan Həyat ağacı, Ets Haym… Həyat ağacı
üç sütundan ibarət olan ağıllı və canlı kosmik güc qaynağıdır. Sağ sütun pozitiv enerjini, sol sütun
neqativ enerjini təmsil edir. Bu iki sütunu balans içində saxlayan isə orta sütundur. Bunu
vurğulamaq çox vacibdir ki, burada pozitiv yaxşı mənasına gəlmədiyi kimi, neqativ də pis mənasını
vermir. Bu enerjiləri daha yaxşı başa düşmək üçün Şərq fəlsəfələrində istifadə olunan Yin və Yang
məhfumları bizə kömək edə bilər. Yin Çin fəlsəfəsinə görə həyatın özünü(əslini) formalaşdıran dişi
tərəf, Yang isə kainatın fəal erkək tərəfidir

Ruh və düşüncə
İnsan olaraq adlandırdığımız varlıq çox tərəfli bütündür. Kabala bizə hər bir insanın başdan-ayağa
mikro səviyyədə bir dünya olduğunu söyləyir. İnsanın fiziki bədənə sahib olduğunu və mənəvi
yöndən də bədən və ruh arasında əlaqələr olduğunu bilirik. İnsanın yaşadığı müddətcə içində olduğu
bədən və ruh bir-birinə bağlı, bir-birinə təsir edən və bir-birindən ayrılmaz iki təməl ünsür olaraq
görülməlidir.Ruh və bədənin birlikdə ahəng içində çalışaraq bu iki ünsürün balansını qoruması insan
üçün ideal vəziyyətdir.İnsanın olduğu ruhi vəziyyət bəzən xəstələnməsinə, bəzən də xəstəliklərin tez
sağalmasına səbəb ola bilir.
İnsanda yaranmış hər hansı xəstəliyin yaxşıya doğru düzəlməsini sadəcə xəstəliyin müalicəsi ilə
təmin edə bilmərik.Eyni zamanda ruhi vəziyyətin də yaxşıya doğru düzəlməsi sayəsində xəstəliyin
sağalmasına böyük miqdarda təsir etmək mümkündür.Bu yeni düşüncə deyil və son zamanlarda
Qərb dünyasında da qəbul edilən olmuşdur.Psixiatriya sahəsində edilən araşdırmalar nəticəsində
əldə edilən nəticələrə görə ruh təkcə sağalma müddətində iştirak etmir, o həm də xəstəliyin
sağalmasında mərkəz rol oynayır.Bütün xəstəliklərin əsas səbəblərinin içində ən başda ruhi sistemdə
birliyin əksikliyindən meydana gələn ruhun balansının pozulması gəlir.Əks halda bəzi xəstələrə
verilən sözdə dərman Plasebonun xərçəng və buna bənzər ağır xəstəliklərə müsbət təsir göstərərək
xəstəliyin yaxşıya doğru düzəltməsini izah etmək mümkün olmazdı.
İnsanlar olaraq biz bədən-ruh əlaqələrinin varlığını duyğularımız vasitəsilə anlaya
bilirik.Ümumiləşdirmə etsək əgər, ruhun xaricində qalan boşluqlar arasında mövcud olan bağları
idrak etməyin asan olmadığını deyə bilərik.
Düşüncə və Şüur

Slomo Alkabets təqribən 500 il əvvəl yazdığı Leha Dodi İlahisində “Sof Maase bemahşaya thila”
cümləsini yazaraq bizə hər şeyin arxasında gizlənən gücün düşüncə gücü olduğunu deyir. Hərəkətə
çevirdiyimiz hər şeyin əvvəlində düşüncə vardır və hər bir hərəkət bu düşüncənin məhsuludur.
Bizi əhatələyən gerçəklər nədən meydana gəlmişdir Bu gerçəkləri meydana gətirən “xammal”ın
təməl daşları nələrdir? Hər insan hələ tanımadığı yeni gerçəyi anlamaya çalışarkən həmin an olduğu
dünyanın xüsusiyyətlərinə uyğun olaraq davranır.
Biz ətrafımızdaki maddi şəkilləri heç bir çətinlik çəkmədən təyin edə bilirik.Maddi şəkillər özünə
məxsus cisimlər olduğuna görə onları görərək, onlara toxunaraq, onları qoxlayaraq hiss edə
bilirik.Dünyəvi gerçəkliklər olaraq idrak etdiyimiz maddi cisimləri daha dərindən incələyəndə
qarşımıza təbiətin təməl daşı olan elktro və ya elektron çıxır.Elektron nədir.Mikroskobik maddə
zərrəciyi?Xeyir, bu belə deyildir.Kosmik zonada və zaman dilimlərində yer əhatə etmədiyini
bilirik.Elektronu ən doğru şəkildə kosmosun boşluğunda elektromanyetik sahənin titrəyişləri olaraq
ifadə edə bilərik. Beləcə, maddi dünyanın ən təməl elementinin aldadıcı və xəyala əsaslanan
yanılma olduğunu görürük. Bu vəziyyətdə geriyə qalan hamımıza ortaq anlayış olan düşüncə və
şüurun gücüdür.Düşüncə və şüur insanları bir-birindən fərqli etməsinə baxmayaraq tamamilə insana
aid olan və ona yön verən ən gerçək gücdür.
Düşüncə bildiyimiz ən güclü və ən sürətli gücdür. Bu gün bu fikri müdafiə edən elm adamlarının
sayı getdikcə artır. Bütün radio gücləri, manyetik güclər, elektrik gücü, radioaktiv güclər, cazibə
qanunu və kainatda mövcud olduğunu bildiyimiz digər qüvvələrin mövcudluğunu dünyada
gördüyümüz təsirli qüvvələr olaraq tanıyırıq. Bundan əlavə gözlə görmədiyimiz düşüncə gücü də
mövcuddur. İşlədiyini gözlə görmədiyimiz güclər var olan ən böyük güclərdir. Bu qüvvələrə
inanmaq həyatımızda bizə heç bir üstünlük verməz. Yaşadığımız bu dövrdə bu güclərə inanmaq
kifayət deyil, öz gələcəyimizi müəyyən etmək üçün bu gücləri necə işlədəcəyimizi özümüz
öyrənməliyik.
Burada bir sual yaranır. Kabala gələcəyimizi necə dəyişdirə bilər? Bunu anlaya bilmək üçün ilk öncə
önyarğılı düşüncələrimizdən qurtulmalıyıq və Kabalanın mistika olmadığını başa düşməliyik.
Kabalanın insana ən yaxın və ən böyük yenilikləri özündə ehtiva edən 21-ci əsrin elmi olduğunu,
gözlə görmədiyimiz və buna rəğmən həyatımızın hər anına təsir edən və dünyamızı davam etdirən
qüvələri incələyib hər insanın və bütün bəşəriyyətin gələciyini dəyişdirə biləcək tək elm olduğunu
deyə bilərik. Kabala elminin xüsusiyyətlərindən biri də Kabala ilə məşğul olan insanın həyatını
müsbətə doğru dəyişməsidir. Kabala elminin gözlə görmədiyimiz güclərlə əlaqədə qalmağımız üçün
yetərli olduğunu da qeyd etmək lazımdır.

Sirrlərin açıqlanması
Kabalanın sirlərinin gizli olmasının müxtəlif səbəbləri vardır
1. Sirrlərin açılması üçün gərəklilik yox idi
2. Sirlərin açıqlamalarının sözlə ifadəsi mümkünsüz idi.
3. Yaradanın özəl sirridir
Kabalada yuxarıdakı üç məhdudlaşdırıcıya daxil olmayan ən kiçik bir şey belə yoxdur.

1. Sirlərin açıqlanması üçün gərəklilik yoxdur. Sirlərin açıqlanması ancaq cəmiyyət bu
açıqlamadan fayda görəcəyi zaman mümkün ola bilərdi. Əks halda sadəcə “nə olsun ki” kimi bir
münasibət yaranardı insanlarda. Belə bir vəziyyət və münasibət Kabalistlərin həm özlərini, həm də
başqalarını önəmsiz işlərlə məşğul etmələri demək olardı. Kabalistlər məhz bu səbəbə görə sadəcə
sirr saxlamağı bacaran və çox vacib olmadığı halda sirrləri açmayan insanları özlərinə şagird olaraq
qəbul edirdilər.
2. Sirlərin açıqlamalarının sözlə ifadəsi mümkünsüz idi. Bu vəziyyət Kabalanın sirlərinin
açıqlanması ilə bağlı olan qadağanın dilin ifadə əksikliyindən qaynaqlandığını ifadə edir. Yəni bəhsi
gedən şey, dilimizdəki sözlərin qarışıq ruhi məhfumları izah etməkdə yetərsiz qalması və şagirdləri
düşünməyə məcbur etməsi ilə bağlıdır. Beləcə, bu sirrlərin açıqlanması üçün yuxarıdan icazə
gərəklidir.
Yuxarıdan icazə haqqında məşhur kabalist Arinin yazılarında bu cür bəhs edilir: “Bilin ki, böyük
ruhlar xarici(insanı əhatələyən) və ya daxili (daxildən əhatələyən) işıqla doldurulmuşdur.Xarici
işıqla doldurulmuş olan ruhlar sirləri öyrənmək səlahiyyətinə sahibdir.Bunu elə edərlər ki, bu
sirrlərə layiq olmayan insanlar bunu anlamazlar.”
Məsələn, kabalist Şimon Bar Yohai bu cür əhatələyən işıqla doldurulmuş ruha sahib idi. Elə bir gücü
vardı ki, hər hansı bir cəmiyyətdə sadəcə “Zohar” kitabını yazmaq üçün yönləndirilmiş insanlar
tərəfindən anlaşıla bilirdi. Ondan əvvəl və daha bilgili Kabalistlər olmasına baxmayaraq bu
insanlarda Şimonun ruhani məhfumları sözlərlə ifadə edə bilmə gücü yox idi.
Görüldüyü kimi, Kabalanın təqdimi Kabalistin bilgi həcmi ilə əlaqəli deyil, ruhunun xüsusiyyətləri
ilə bağlıdır. Bu elə bir ruh vəziyyətidir ki, yuxarıdan gələnləri mövcud olan bilginin bir qismini
açıqlamaq üzrə alır. Buna görə də “Zohar”dan əvvəl Kabala haqqında təməl çalışmalar tapa bilmirik.
Sahib olduğumuz çalışmalar isə açıq olmayan ipuclarından ibarətdir. Kabalist Şimonun vaxtında
sadəcə Kabalist Ari Kabalanın bir başqa bölümünü açmaq icazəsinə sahib idi. Təkrarlasaq, Aridən
əvvəl ondan daha çox Kabala bilgisi olan Kabalistlər mütləq ki, vardı, ancaq onlara yuxarıdan icazə
verilməmişdi. Arinin kitablarının ortaya çıxmasından bu yana Kabala ilə bağlı olan hər kəs digər
kitabları kənara qoyaraq sadəcə Zohar və Arinin kitablarını öyrənməyə yönlənmişlər.
3. “Yaradanın özəl sirridir” Bu o deməkdir ki, Kabalanın sirrləri sadəcə Yaradana sadiq və
hörmətli olanlara açıla bilər. Kabalanın sirrlərinin gizlədilərək saxlanmasının əsas səbəbi budur. Bir
çox şarlatan kabalanı öz mənafeləri üçün istifadə etmişdir.Bu insanlar gələcəklə bağlı proqnozlar
deyərək inanclı insanları öz tərəflərinə çəkmişlər. İlk əvvəl Kabalanın gizlədilməsinin əsas səbəbi
budur. Həqiqi Kabalistlər özlərinə şagird seçərkən kitaba uyğun şəkildə bütün nöqtələrə xüsusi
diqqət etmişlər. Hər nəsildə Kabala tələbələri çox məhdud və ən ağır and içmələr altında qəbul
edilmişdirlər və bu tələbələrin yuxarıda bəhs edilən 3 məhdudiyyət ilə bağlı ən kiçik şeyi belə
açıqlanması qadağan olunmuşdur.
Bu üç qadağa ilə Kabalanın 3 yerə bölündüyünü düşünməmək lazımdır. Xeyir, hər hissə, hər söz,
hər termin bu üç kriteriya ilə bağlı saxlanılmışdr. Bu üç kriteriya Kabalanın elmi tədrisində də daima
vardır.
Bu vəziyyətdə belə bir sual ortaya çıxır. Əgər sirrlər belə dərində gizlidirsə kabala haqqındaki fərqli
yazılar hardan çıxır? Bunun səbəbi şərtlərin ilk ikisi ilə üçüncüsünün arasındakı fərqdir. Sonuncu
şərt ən önəmlisidir. “Sirrlərin açıqlanması üçün gərəklilik yoxdur” xarici şərtlərin təsiri ilə tez-tez
dəyişə bilər və “Açıqlanması gərəklidir” ola bilər. Bu insanlığın bütün olaraq inkişafı nəticəsində də

ola bilər, yuxarıdan verilən icazə ilə də. Bu icazə Kabalist Şimon və Ariyə və daha az olaraq
digərlərinə də verilmişdir. Məhz buna görə arabir Kabala haqqında orijinal kitablar görə bilirik.
Mən də müəllimimdən Kabalanı bu şərtlərlə aldım.Eyni çətin şərtlərdə qorumaq və sirr tutmaq…
Bununla birlikdə, “Hərəkət Vaxtı” bölümündə açıqlananan səbəblərlə “Açıqlanması gərəkli
deyildir” “Açıqlanması gərəklidir” vəziyyətinə çevrilmişdir. Buna görə də and içdiyim kimi bir
hissəni açarkən digər iksini qoruyub saxlıyıyram…

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

184 - 0.131