kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Gizli dünya

Bəşəriyyət özünü və onu əhatələyən dünyanı incələmək üçün nəsillər boyunca müxtəlif elm sahələri yaratdı. Bunlar fizika, kimya, biologiya kimi elm sahələri olub insanların beş duyğu üzvünə dayanaraq inkişaf etdirilmişdir.

İnsan təbiəti incələmək üçün özünə ona kömək etsin deyə duyğularının təsir gücünü artıran vasitələr yaratmışdır. İnsan beləcə nəsildən nəsilə daha çox təcrübə əldə edərək bu dünyada necə daha yaxşı varlığını davam etdirəcəyini anlamışdır.

Bütün elmlər arasında bir elm var ki, bizləri çox fərqli şəkildə inkişaf etdirir. Bu elmin adı “Kabala”dır.

Nəzərdən keçirdiyimiz dünyəvi xüsusiyyətlərə sahib bu dünyanın xaricində gözlə görmədiyimiz, bizdən gizli qalan başqa bir dünyanın olduğunun fərqindəyik. Ancaq bu dünyanın varlığını hiss etmirik. Buna rəğmən hiss etmədiyimiz bu dünyanı fərz edirik. Niyə? Bizi əhatə edən gerçəklərin müəyyən qanunlar çərçivəsində işlədiyini bildiyimiz üçün bizi əhatə edən daha geniş gerçəklərin hamısını özündə ehtiva edən daha məntiqli qanunların olmalı olduğunu və bu qanunların həyatımızı və varlığımızı gerçəyə uyğun və geniş şəkildə izah edə bilməməsinin bizim hiss etmək qabiliyyətimizin xaricində qalan və qavraya bilmədiyimiz şeylərdən qaynaqlandığını anlamaq elədə çətin olmayacaqdır.

Reallığın içində qavraya bilmədiyimiz bir çox məhfum vardır. Sanki hər şeyin təsadüfi olduğu dünyada yaşayırıq. Gələcəyi təxmin edə bilmədən, sabah nə olacağını bilmədən yaşayırıq.

Bu dünyaya gəlməmişdən əvvəl bizə nələr baş vermişdir. Ölümün qapısından keçdikdən sonra bizə nə olacaq. Etdiklərimizlə bizi əhatələyən dünyaya necə təsir göstərdiyimizin fərqində deyilik.

Ətrafımızda toxunulması mümkünsüz nələrinsə olması mütləqdir. Bu varlığı hiss edə bilmək üçün lazım olan, uyğun hisslərimiz yoxdursa onu necə hiss edə bilərik?

Bu hissləri yaradaraq və bu hisslərə sahib olaraq daha gerçək və daha əksiksiz yaradılış hiss edə bilərikmi?

Bəlkə də yaradılışın bu əksiksiz və tamamlanmış quruluşu ətrafımızda varlığını davam etdirir və biz bu varlığı bölərək hiss etdiyimiz üçün bu hissəyə bizim dünya və ya “Bu dünya” adını veririk, digər tərəfdə qalan hissə isə hiss edə bilmədiyimiz parça olaraq qalır. Bəlkə də var olan hisslərimizə əlavə başqa hisslərə sahib olsaydıq onda dünyanın daha geniş və daha dərin rəsmini görə bilərdik. Ancaq bu hisslərə hələlik sahib deyilik, buna görə də iztirab çəkirik. Çünki başqaları ilə necə davranmaq lazım olduğunu bilmirik. Ətrafımızı əhatələyən təbiətə qarşı necə davranmalıyıq bunu da bilmirik. Keçmiş həyatlarımızı, ölümdən sonrakı və doğumumuzdan əvvəlki həyatı da görə bilmirik.

Dünyanı elm nöqteyi-nəzərdən incələyərkən elə bir nöqtəyə gəlirik ki, bilgimiz yetərsiz qalır və özümüzü çarəsiz vəziyyətdə tapırıq.

Hərçənd, bizim təxmin etmə və sezmə gücümüzü az da olsa inkişaf etdirən bir çox sistem vardır. Ancaq çox faydası yoxdur, təkcə bəlirsiz bir öngörü əldə edirik. Ehiyac hiss etdiyimiz açıq bilgilərə ancaq bizi əhatələyən dünyayla ortaq iş nəticəsində çata bilərik.

Varlıqların içində ən inkişaf etmiş olan insandır. Ancaq insan inkişaf etdikcə özünü çarəsiz və itmiş hiss edir. Açıqca görülən budur ki, inkişaf etdirdiyimiz elm vasitəsilə bizi əhatələyən dünya üstündə etdiyimiz incələmələrin nəticəsində arzu etdiyimiz nəticələrə çata bilməmişik.

Bu mərhələdə həll yolunun hisslərimizin duyarlılığı ilə əlaqəli olduğu gerçəyini qəbul etməliyik.

Altıncı hiss adında bizdə yeni bir duyğu üzvü yaradan əksiksiz və doğru sistem mövcuddur. Kabala dilində buna “Masah”(Pərdə) və ya “Or Hozer” (Geri əks olunan işıq) adı verilən bu məhfum bizə normal beş duyğu üzvümüzün xaricində qalan gerçəkləri görə bilmək qabiliyyətini verir.

Beş duyğu üzvü bizdə anadangəlmə var olan duyğulardır. Altıncı hiss isə bizim pillə-pillə formalaşdırmalı olduğumuz bir hissdir.

İnsanın daha geniş və dərin gerçəkləri hiss etmək istədiyi zaman altıncı hissini formalaşdırmağının  vaxtı çatmışdır.

Bəşəriyyət davamlı olaraq inkişaf edir. Bəşəriyyətin və fərdlərin arzu və istəkləri davamlı olaraq dəyişir. İnsan başlanğıcda özünü yeməklə qarnını doyuzdurmaq, ailə qurmaq, cinsi münasibət kimi “heyvani” və bədənin zövqlərinə yönəldir. Daha sonra bəşəri zövqlər hesab olunan mal, mülk və pul sahibi, varlı insan olmaq, hakimiyyət qurmaq, hörmət qazanmaq, etibar sahibi və bilgili olmaq istəyir. Bu arzulardan sonra insanın normal hisslərinin ötəsində olan mənəvi gerçəkləri əldə etmək üçün arzu ortaya çıxar.

Bizim xaricimizdə qalanı hiss etməyin gərəkliliyinə Kabala altıncı hissin “Fetusu” adını verir. Bu mərhələdən sonra altıncı hissi necə inkişaf etdirəcəyi insanın özündən asılıdır.

Bu altıncı hissi tək inkişaf etdirə bilmərik. Bunu ancaq özəl sistem olan kabala elmi deyilən sistem vasitəsilə həyata keçirə bilərik. Hər nəsildə altıncı hissini formalaşdırmaq istəyən insanlar olmuşdur.

Bu zaman hər hansı bir yoldan bu hissi öz içində, iç dünyasında inkişaf etdirə bilmək üçün ona kömək edəcək müəllim və kitablara çatır. Bu müəllimlərə “Mekubalim” (Kabalist) deyilir, çünki onlar bizim xaricimizdə olan mənəvi dünyaların bilgilərini ala bilirlər.

Kabalistlər yazdıqları kitablarda aldıqları bilgiləri bizə ötürürlər, hiss etdiklərini bizə anladırlar. Onlar bizə şəxsi təəsüratlarını və təcrübələrini, altıncı hissi formalaşdıran mərhələnin içinə necə girə biləcəyimizi deyirlər və eyni zamanda bizlərə onların çatdığı mənəvi pilləyə çatmağımız üçün kömək olurlar. Onlar insanın bu dünya gerçəklərindən olan bütün arzularını tamamlayandan sonra həqiqi gerçəkləri əldə edə biləcək arzuya necə sahib ola biləcəyini yazırlar.

Nəticədə hər kəs buna çatacaqdır. Bu həyat müddətində çata bilməsə, sonraki həyatında, əlbəttə, çatacaqdır. İnsan yaşadığı həyatın müxtəlif zamanlarında reankarnasiya nəticəsində reallığın bütün səviyyələrini yaşaya biləcəyi nöqtəni tapmaq məcburiyyətindədir və bunlara normal beş hiss vasitəsilə deyil, yeni əldə etdiyi altıncı hisslə çatmalıdır. Məhz onda həqiqi həyatın dadına baxacaq və sonsuz huzur hiss edəcəkdir.

Hisslərimiz içimizdə olan vasitələrdir, eyni zamanda içini doldura biləcəyimiz qab kimidirlər. Bəşəriyyətdə altıncı hissin inkişafı piramida prinsipinə oxşayır ki, bəşəriyyət bu prinsipə uyğun şəkildə qurulmuşdur. Bu səbəblə altıncı hiss piramidanın ən üst hissəsində olan insanlarda oyanmaya başlayır.

Bu hissin oyandığı ilk insanlara “İvriyim” adı verilmişdir (İvritlər). İvriyim, “Avar” (keçdi) və “Laavor” (keçmək) sözlərindən yaranmışdır. Keçmək isə dünyanın ən xarici dairəsində olan əngəli keçməkdir.

Hz. İbrahimi bu dünyanın məhdud duyğularını keçərək ali mənəvi dünya duyğularına keçən ilk insan olaraq tanıyırıq. Piramidanın üst hissəsində olanlar Hz. İbrahimdən gələn nəsillərdir və içində altıncı hiss oyanacaq ilk insanlardır. Bu sadəcə başlanğıcdır. Onların ardınca gələcəkdə bütün insanların yüksək inkişaf səviyyəsinə çatacaqlarını Kabalistlər kitablarında yazırlar.

Bütün insanlar vaxtı çatanda bütün gerçəkləri hiss edəcəklər. Mənəviyyatın yüksək gücləri ilə birləşərək reankarnasiya müddətini və varlığımızın, zamanın, yaşamın, ölümün ötəsində qalan gerçəkləri anlaya biləcəklər və gerçəyin hər mərhələsində varlıqlarını davam etdirəcəklər.

Bütün Kabalistlər yaşadığımız bu dövrü dönüm nöqtəsi olaraq qeyd etdilər. İndi yaşadığımız dövrdə insanlar özlərini mənəviyyata öyrəşdirərək altıncı hissi inkişaf etdirmək üçün çalışırlar.  İndiyə qədər gələn bütün nəsillər bu dönüm nöqtəsinə gəlmək üçün edilən hazırlıq idi. Onlar özlərini Ruhların bu dünyaya gəlmələrini təmin edən mərhələyə həsr etmişdilər. Bu müddət ərzində ruh ən yüksək səviyyədən, sonsuz dünyadan (Mi Olam Eyn Sof) başlayaraq bir çox dünyadan keçərək yaşadığımız “Bu Dünya”ya qədər endilər. Daha sonra ruh bu yaşadığımız dünyada nəsillər boyunca daha alçağa düşməyə davam etdi. Ruh birinci məbədin dağılması, ikinci məbədin dağılması və keçdiyimiz dörd sürgün boyunca da düşməyə davam etmişdir.

Bu dövrdə bizim nəsillə birlikdə son sürgün də başa çatdı. Bundan sonra ruhlar aşağıya doğru düşməyəcək və əksinə yüksəlməyə başlayacaqdır.

Bu günə qədər gələn bütün Kabalistlər ruhlarımızın yuxarıya çıxması üçün lazım olan sistemi bizim üçün hazırlamışlar. Ümumi ruhların sıralamasında bu dünyaya enən ruhlar arasında özümüzün olduğu yerə ilk qalxmalı olan ruhlar bizlərik.

Baal HaSulamın yazdığı yazıları incələsək bəsit və anlaşılan dillə hər şeyin açıqlandığını görərik. Bu səbəblə kabalanın bizim dövrümüzdə kütlələrə daha açıq olduğunu və əvvəlki dönəmlərlə müqayisədə indi daha çox danışıldığını və daha çox insanın diqqətini çəkdiyini görürürk. Buna baxmayaraq Kabalanın nədən ibarət olduğunu tam və doğru bilənlər çox azdır. Kabala niyə elm olaraq adlandırılır, niyə gizliliyini qoruyur və niyə insanlara özəl yolla çatır.

Kabalanın cazibəsi hamı tərəfindən hiss edilir, çünki kabalistlər keçmiş nəsillərdə kabala haqqında danışmışdılar və hiss etdiklərini yazmışdılar.

Mənəvi gerçəklikləri anlamaq ehtiyacı hiss edən insan əvvəlcə qəlbində olan kiçik nöqtəni böyütməklə başlaya bilər. Bu nöqtənin üzərində altıncı hissi kabalistlərin hazırladıqları kabala sistemi vasitəsilə inkişaf etdirə bilərlər. Bu müddət 3-5 il davam edə bilər, altıncı hiss yavaş-yavaş böyüyür və inkişaf edir və insan öz xaricində var olan, səbəblərin var olduğu dünyanı hiss etməyə başlayar. Bu zaman insan yaşadığımız dünyada baş verənlərin səbəblərini ən doğru şəkildə görə biləcəyi baxış bucağına sahib olar. Çünki o, artıq səbəblərin yaratdığı rəsmi görə bilir, bütün çalışmalarımızın, bütün güclərimizin, bütün arzu və istəklərimizin və ən nəhayət bütün düşüncələrimizin hara getdiyini görə bilirlər.

Bütün bunları məhdud beş duyğu üzvümüzlə görə bilmirik, bunları ancaq altıncı hiss vasitəsilə görə bilərik. Bu hissin insanda formalaşması ilə insan öz ruhunu hiss etməyə başlayar. Bu zaman o, iki şeydən fayda görər:

Birincisində insan düşüncələri və arzuları görməyə başlayar, bunların özündən başqalarına necə keçdiyini, başqalarından necə aldığını və ya onların təsirində qaldığını, bütün bunların gerçəklər üzərində necə işlədiyini, ətrafındakı təbiət ilə bunların necə əlaqə qurduqlarını və ona necə geri qayıtdığını qavramağa başlayar.

Bizim dünyada vərdiş etdiyimiz zaman məhfumu yox olduğu üçün insan hər çeyi ən açıq şəkildə görməyə başlayar. Zaman ünsürünün gerçək mənasını qavradığı üçün keçmişi, indini və gələcəyi eyni anda görə bilər.

İnsanın faydalandığı ikinci şey isə olanlar haqqında düzgün qiymətləndirmə edə bilmə qabiliyyətinə sahib olmasıdır. Ən vacibi mənəviyyatın ali idarə sisteminə təsirli olması ilə kənardan hər kəsə təsirli ola bilməkdir. Belə ki, sadəcə hadisələrin təəsuratlarını ötürməklə kifayətlənməyib öz gələcəyini də dəyişdirmək qabiliyyətində olub gələcəyini hazırlaya biləcək vəziyyətə gələ bilər. İnsan bu gücləri öz təbii xarakterindən kənara çıxdıqca və mənəvi dünya məfhumu barədə düşünməyə başladıqca əldə edəcəkdir. Bütün bunlar hamımızın çata biləcəyi həqiqətlərdir.

Bütün hallarda yaradılışın və təbiətin idarə sistemində mövcud olan ümumi qanun elə qurulmuşdur ki, bizi hər zaman bu hədəfə tərəf irəliləməyimizə məcbur edir. Əslində bütün bəşəriyyət şüursuz şəkildə fərqində olmadan bu hədəfə tərəf irəliləyir.

Bütün bəşəriyyətin əksinə kim bu hədəfə öz arzusu ilə getməyə başlayarsa, həqiqi gerçəklərə və mənəvi həyata çatarsa təbiətin təzyiqlərini və verdiyi iztirabları hiss etməz və kainatın pislik əvəzinə yaxşılıqla dolu olduğunu görər.

 

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

191 - 0.115