kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

İsrail xalqı, sən kimsən?

israil2

Yenidən və yenidən yəhudilər təzyiq və terrora məruz qalırlar. Bir yəhudi kimi, bu usanmaz qovulmaların məqsədini öz – özümə düşünürəm. Bəziləri inanır ki, ikinci dünya müharibesinin dəhşəti , bizim dövrdə təkrarlanmaz. Amma yenə də biz, görürük ki, əhval ruhiyyə necə asan və kəskin dərəcədə dəyişilir, fəlakət öncəsi əhvala uyğun olur, nə qədər tez- tez və aydın şəkildə “Hitler düz eləyib!” bəyanlarını eşidirik.

Amma ümid var. Biz bu tendensiyanı tərsinə dəyişə bilərik və bunun üçün tələb olunan, sadəcə ümumi təsviri anlamaqdır.

Biz bu gün hardayıq və hardan gəlmişik?

Bəşəriyyət bugün taleyüklü yol ayrıcındadır. Bir tərəfdən bəlli olurki, biz hamımız bir- birimizdən asılıyıq və bizim dünyamız bir qlobal kəndə çevrilib, digər tərəfdən də , biz bu asılılığa müxtəlif şəkildə qarşı dururuq və heç bir yaxınlıqı istəmirik. Aydındır ki, bu qeyri- stabil hal uzun müddət davam edə bilməz. Bəşəriyyət artıq seçməlidir ki, bundan sonra necə yaşayacaq. Bundan sonra…
Bu cür situasiya artıq dünyada bir dəfə yaşanıb. Bu hardasa 4000 il əvvəl qədim Babildə olub. Düzgün qərara gəlmək üçün, həm də biz, İsrail xalqı bir- birimizlə necə bağlıyıq bunu anlamaq üçün, gəlin o dövrə qayıdaq, və hadisələrin necə cərəyan etdiyinə nəzər salaq.
Bilindiyi kimi, İsrail xalqının kökü Qədim Babildən gəlir. Təqribən 4000 il əvvəl orda böyük sivilaziya vardı. Burada insanlar bir- biri ilə qarşılıqlı əlaqədə olduqlarını duyurdular və ortaq taleni bölüşürdülər. “Və bütün dünyada tək bir dil və tək sözlər var idi” (Tövrat , Bereşit, 11:1)
Amma, babillilər nə qədər bir-birlərinə yaxınlaşdılarsa, onların hər birində eqoizm bir o qədər artdı. Onlar həqiqətən, bir-biri ilə bağlı olduqlarını duyurdular, eyni zamanda, hər birinin eqoist təbiəti onları birləşməyə qoymurdu və bir-birlərinə tələbkar münasibət göstərməyə məcbur edirdi. Nəticədə, daha əvvəllər olmayan, qarşılıqlı nifrət doğdu. Və onlar duymağa başladılar ki, bu ziddiyyət sözün əsl mənasında onları parçalayır. Bir tərəfdən başa düşürlər ki, birləşməlidirlər, digər tərəfdən bunu edə bilmirlər.
Onlar, bu problemin öhdəsindən necə gələcəklərini bilmirdilər. Və həll yolu axtarmağa başladılar.

Krizisin həllində iki yol.

Məsələnin həlli axtarışında iki, bir-birinə əks konsepsiya formalaşdı. Bunlardan biri, Babilin hökmdarı “Nimrodun fikri”, digəri məşhur babil mütəfəkkiri “İbrahimin fikri” idi.
Qedim qaynaqda deyilmishdir: “Nimrodun vaxtına kimi bütün insanlar bərabər idi, və heç kim, digərlərini idarə etmək üçün özünü üstün tutmurdu. Amma Nimrod üstünlük etməyə və ölkəni idarə etməyə başladı” (Mesudat David na divrey- a yamim- 1)
Məhz Nimrod insanlar arasında hər dəfə bir az da çox çıxan nifrətə qalib gəlmək üçün məntiqli yol irəli sürdü. O, təklif etdi ki, babillilər ayrılsınlar, bir-birindən uzaqda məskən salsınlar. Sözsüz ki, Nimrodun hakimiyyətinin altında qalmaq şərti ilə. O dedi ki, yalnız uzaqlaşaraq onlar sülh içində yaşaya bilərlər.
İbrahim isə, təkid edir ki, ayrılmaq, problemi həll etməyəcək. Təbiətə möhürlənmiş, onun inkişaf qanununa əsasən, insan cəmiyyəti birliyə gəlməlidir. O, bütün babilliləri birləşdirib, mükəmməl cəmiyyət yaratmaq istəyirdi. İbrahim, insanlar arasında öz birləşmə metodikasını, eqoizmə əks təsir etmək metodikasını, yaymaq qərarına gəldi.
12- ci əsr mütəfəkkiri Rambam yazır – “ona minlər və on minlər qoşuldu, və O, onların ürəklərində bu prinsipi əkdi” (Rambam. “Mişne Tora”, bütpərəstlik haqqında qanunlar)
Bəs yerdə qalanlar? Yerdə qalanlar Nimrodun məsləhəti ilə ayrılmaq qərarına gəldilər. Bir birinə mane olmasınlar deyə köçüb gedən dalaşqan qonşular kimi. Dahi tarixçi losif Flaviyin “qədim yəhudilik ” kitabında açıqladığı kimi, bütün xalqlara başlanğıc verən məhz babillilər olub.
Bu gün, 4000 il sonra, biz aydınlaşdıra bilərik ki, o mübahisədə kim haqlı idi: İbrahim ya Nimrod…

İsrail xalqının bünövrəsi.

İbrahim və onun şagirdləri Babili tərk etdilər və bugünki İsrail torpağına yönəldilər. Bu qrup, yaxınına, özün kimi sevgi bəsləmək prinsipinə uyğun olaraq bir olmağa, sıx birləşməyə can atırdı.
“Sənə, digərlərinin nə etməsini istəyirsənsə, öz qardaşlarına bunu et” – Rambam bu prinsipi belə aydınlaşdırmışdır (“Mişne Tora” , məhkəmələr kitabı).
İbrahim tələbələri ilə birgə, dayanmadan artan və onları ayıran eqoizmə baxmayaraq, birləşməyə cəhd etdilər. Və öz əlaqələrində, eqoizm üzərinə yüksəlmələrində, onlar yeni bir hadisəni- birlik qüvvəsini, təbiətin gizli qüvvəsini aşkarladılar.
Elmə bəlli olduğu kimi, istənilən materiya bir-biri ilə tarazlıqda olan iki zidd qüvvədən təşkil olunur: birləşdirən və ayıran.
Amma, fakt budur ki, insanın və cəmiyyətin inkişafında ancaq bir mənfi qüvvə- eqoizm qüvvəsi durur.
Təbiətin proqramına əsasən, biz şuurlu şəkildə, bizim üstümüzdə hökm sürən eqoizmin mənfi qüvvəsini, öz aramızda yaxşı münasibətlər quraraq, müsbət birlik qüvvəsi ilə kompensasiya etməliyik.
İbrahim və onun tələbələri bunu edə bildilər. Bu şəkildə, eqoizm qüvvəsini, birlik qüvvəsiylə kompensasiya edərək, onlar tarazlığı saxlamağa imkan verən metodikanı açdılar və “kabbala elmi” adlandırdılar.

İsrael – birbaşa Yaradana doğru deməkdir.

İbrahimin tələbələri özlərini “İsrael” adlandırdılar, mənası Ali olana doğru (yaşar- El) deməkdir. Axı onlar öz eqoizmlərini tarazlamaq üçün təbiətin birlik gücünü ( “El” ) aşkarlamağa can atırdılar.
Bir-biri ilə birləşdikdən sonra, onlar anladılar ki, onların varlığı, birliyin Ali qüvvəsinin sahəsindədir, onunla vəhdətdədir- və bu halı “ali aləm” adlandırdılar.
Bundan başqa onlar bu həqiqətə də nail oldular ki, Nimrodun konsepsiyasına əsasən bütün dünyaya yayılan və müasir bəşəriyyətə çevrilən babillilər də birləşmək məcburiyətindədilər.
Nəticədə, günümüzdə də, bu iki qrup arasında fikir ayrılığı var: birlik əsasında yaranan İsrael və ayrılıq əsasında yaranan bəşəriyyət arasında.

Qovulma.

Babili tərk etdikdən sonra, İbrahimin tələbələri olan qrup, İsrail xalqı, təqribən 2000 il biryerdə yaşadı. Bütün bu dövr ərzindəbu xalq üçün ən önəmli dəyər birlik idi. İnsanlar arasında olan bütün konfliktlər təkcə onların arasındaki sevgini artırmaq üçün əmələ gətirilir. Amma sonra, eqoizmin ani, partlayışla artışı onları səbəbsiz nifrətə gətirib çıxardı.
2000 il əvvəl İsrail xalqının ayrılması onların dünya xalqları arasına qarışmasına səbəb oldu. Bu gün bəşəriyyət yenidən, Qədim Babildəki vəziyyətə uyğun hala düşür: bir tərəfdən hamıbir- birindən asılıdır, digər tərəfdən, hamı bir- birinə nifrət edir.
20- ci əsrin dahi Kabbalisti Baal Sulam’ın ( “dünyada sülh” məqaləsi ) yazdığı kimi, bizim dövrümüzdə “bütün dünya bir cəmiyyətdir” hansı ki, global bir kənddə cəm olur. Buna görə də, biz artıq Nimrodun metodu üzre bir- birimizdən uzaqlaşa bilməyəcəyik.
Burdan aydındır ki: tarazlıq əldə etmək üçün, biz mütləq İbrahimin metodikasından istifadə etməliyik. Məhz yəhudi xalqı- İbrahimin yoluyla gedənlər, insan cəmiyyətinin islah olunma prosesini başçılıq edir. Əgər biz bunu etməsək, dünya xalqları güclə bizi buna vadar edəcəklər. Bununla əlaqədər olaraq, “Ford” avtokompaniyasının banisi və məşhur antisemit olan Henri Fordun sözlərini oxumaq maraqlı olar. O, özünün “beynəlxalq yəhudilik- ən birinci dünyavi problemdir” kitabında deyir: “Cəmiyyətdə yəhudilərə qarşı böyük narazılıqlar var, çünki onlar ozlərinə qədimdə vəhy olunanları realizə etmirlər, buna əsasən onlar bütün xalqları rifaha çatdırmalıdırlar”

Antisemitizmin mənbələri

Bizim dövrümüzdə, Nimrodun prinsipi ilə min illik uğurlu cəmiyyət yaratmağa çalışmağa cəhd etməkdən, təlaşa düşmüş cəmiyyət görür ki, həll yolu texniki progresdə və hərbi gücdə deyil.
Şuuraltında onlar həll yolunu hiss edirlər- bu vəhdətdə olmaqdır. Və birləşmək metodikası məhz İsrail xalqındadır. Bununla da onlar yəhudilərdən asılılıqlarını boyunlarına alırlar.
Eyni zamanda da İsrail xalqı günahkardır, çünki bütün dünyadan xoşbəxtliyin açarını saxlayır, gizlədir. O, yaxınını özün kimi sev prinsipinə əməl etməyib, mənəvi cəhətdən yüksəklərdən enəndən sonra, dünyada İsrail xalqına qarşı xüsusi nifrət yaranıb.
Dünya xalqları antisemit əhval vasitəsi ilə yəhudiləri , birləşmə metodikasını aşkarlamag üçün oyandırır. “Amalek, Hitler və başqaları bizdə eqoizmdən qurtarmag hissini oyandırır” ( Rav Kuk, məqalə t.1). Amma bəla burasındadır ki, İsrail xalqı bilmir ki, dünyaya bəxş etmədikləri xoşbəxtlik açarı – kabbala elmi metodu – onun əllərindədir.

Kabbala elminin açılmasının mütləqliyi.

Nəticələrə baxaq. Günümüzdə də, dünya, Qədim Babildəki kimi iki bir- birinə zidd olan qüvvənin təsiri altındadır: birləşmənin qlobal qüvvəsi və eqoizmin parçalayıcı qüvvəsi. Amma bu gün bizim, Nimrodun təklif etdiyi kimi, bir- birimizdən ayrılmaq imkanımız yoxdur. Buna görə də, birliyə nail olub, bununla da dünyamıza mənfi qüvvəni tarazlaşdıracaq, müsbət qüvvə qatmaqdan başqa çarəmiz yoxdur. İbrahimin yolunu izləyən, Babillilərin nəsilləri olan Yəhudilər birləşmək elmi olan- kabbala elmini realizə etməli- və bununla da bütün bəşəriyyətə nümunə olmalı “digər xalqlar üçün işıq” olmalıdır.
Təbiətin qanunlarına əsasən, biz mütləq birliyə gələcəyik. Amma bu xoş finala gedən iki yol var: iztirab yolları (dünya müharibələri, fəlakətlər, epidemiyalar, təbii fəlakətlər) və ya İbrahimin öz tələbələri olan qrupu ilə birgə həyata keçirdiyi eqoizmin şuurlu şəkildə səbatlaşdırılması ilə. Biz də elə bu anlaqlı inkişaf yolunu təklif edirik.

Çıxış yolu birlikdədir.

Biz bilirikki, uğura ancaq sevgi sayəsində nail ola bilərik, çünki “her şey sevgi üstündə durur” (Zohar kitabı, ” Veethanan” hissəsi) və Tövratın əsas qanunu olan “Yaxınını özün kimi sev”, həm də kabbala elminin bəşəriyyətə təklif etdiyi kvintessensiyası budur. Yəhudi xalqının vəzifəsi- İbrahimin metodikasını bütün insan irqinə çatdirmaq üçün birləşməkdir.
Zohar kitabına “Sulam” ( pilləkən) şərhinin müəllifi Baal Sulamin fikrincə, məhz İsrail xalqına missiya verilib ki, özünü və digər xalqları öyrətsin, və onlar Xilqətin məqsədinə aparan pilləkən olan – digərlərinə sevgi bəsləmək kimi ali bir işi öz üzərlərinə götürənə qədər onların inkişafına nail olsun. Əgər biz bu məsələni yerinə yetirsək, bütün dünyavi problemlərin həllini taparıq və antisemitizmi məhv edərik.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

184 - 0.115