kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Millətin Birliyi Və Kabala Elmi

 

yerKabalist Mixael Laytmana verilən sual :
İsrail xalqının birləşməsi və kabbala elminin arasında nə elaqə var?

Cavab: Kabala- birliyi reallaşdırmağın elmi, metodikasıdır. Biz, bu birliyin içində, məxluqata, təbiətə, reallıga təsir edən qüvvələri duymaga başlayırıq. Bu qüvvələr də, bizi, tək olan Qüvvəni aşkarlamağa vadar edir. Bu Qüvvəni- “Yaradan” ( bore) , “gəl və gör” ( bo- re) adlandırırıq.
Kabbala elminin əsasında bütün yaradılış durur. O bizə,olduğumuz formanı və hələ yaradılışın əvvəlindən nəzərdə tutulan son hala çatmaq üçün hansı prosesi keçməli olduğumuzun ən qısa və yaxşı yolunu başa salır. Kabbala bizə həyatımızın amalını, birliyin gücünü və bu amala çatmağın yollarını başa salır.

Ən əsası- bu bilikləri öyrənməkdir. Biz hədəfə doğru getməyin yolunu və təbiətin gücündən istifadə etməyi bacarırıqsa, Uğur sigortalanmışdır. Axı, biz ali qüvvəyə -Yaradana bərabər qüvvəsi olan təbiətin içində yaşayırıq. Və bu qüvvədən istifadə etməyi öyrənirik.
Kabbala elmi, bizə taleyin zərbələrindən qorunaraq, yaxşılıqlara yaxınlaşmağımızı öyrədir. O bizə, vəzifələrimizi yetirmək və məqsədimizə yönəlməyin ən qısa və ən yaxşı yolunu öyrədir. Başqa heç nəyə ehtiyacımız yoxdur, çünki Kabbala, bizə yaradılışın bütün sistemini izah edir.
Sual: Belə çıxırki, yaradılış sisteminə uyğun olaraq, bütün dünya, Israilə qarşı birləşməlidir?
Cavab: Əgər Israil xalqı öz boynuna düşən missiyanı yerinə yetirməsə, şübhəsiz, bütün dünya bizim düşmənlərimizin tərəfində olacaq. Görürük ki, bütün dünyada xəbər telekanalları, İsrail konfliktini təkcə Qəzzada yaşayan fələstinlilərin nöqteyi nəzərindən işıqlandırır. Heç vaxt İsrailin baxış açısı nəzərə alınmır.

Hətta İsrail ərazisinə raket hücümlarının və insanların həlak olmasi faktının üstünü belə vurmurlar. Bu, ümümiyyətlə onları narahat etmir. Onlar, bu faktları, bilə- bilə gizlətmillər. Sadəcə onlar bunu duymurlar, hesaba qatmırlar. İnsanlar da, görürlər ki, eyni zaman kəsiyində Qəzzada yarım min, İsraildə isə yüzə yaxın insan həyatını itirib. Və buna görə fələstinlilərin tərəfini tuturlar.
Sual: Siz deyirsiniz ki, bu müharibə, İsrail və Həmas arasında deyil, xeyir və şər arasındadır?
Cavab: Əlbətdə, axı deyilmişdir ki “İdarəcilərin və şahların qəlbi, Yaradanın əlindədir”. Həmas- sadəcə Yaradanın əlindəki silahdır. Peyğəmbərlərin xəbərdar etdiyi, əsl müharibə olan Yacuc -Məcucların arasinda olan savaş, xeyir və şər arasında gedir. Və bu hərbdəki qarşıduran tərəflər artıq İsrail və İsraildir. Maddi İsrail və mənəvi İsrail.

Bu, bizim eqoizmimizlə etdiyimiz, mənəvi bir döyüşdür. Bu müharibə bir şeyi açıqlayır: biz onun üzərinə ucalaraq, onu nəzarət altına ala bilərikmi?- və ya o bizim üstümüzdə hökmranlıq edəcək. Bu müharibə xeyir və şər qüvvələri arasında gedir.
Bütün dünyada, bütün təbiətdə bir hərəkətverici qüvvə var, həzz almaq arzusu. Ancaq İsrail xalqında, bununla yanaşı, paylaşmaq, lütf etmək arzusu da var. Bu xüsusiyyət , yəni onda gizli şəkildə olan paylaşma qüvvəsi, İsraili yerdə qalan digər xalqlardan fərqləndirir.
Daha sonrası artıq İsraildən asılıdır. İsrailin bu qüvvədən istifadə etməsindən asılıdır. Əgər, o, “əldə etmək, almaq” qüvvəsi ilə, “paylaşmaq” qüvvəsini tarazlaşdıra bilsə, dünyanın mükəmməlliyinə nail olar. Amma “almaq” qüvvəsi, “paylaşmaq” qüvvəsini üstələsə, İsrail bu qüsurun varlığını, öz mərtəbəsinə uyğun bir şəkildə hiss edəcək.

Dünya tarazlığa dogru can atır. İsrailin borcu- paylaşmagın müsbət qüvvəsini bütün dünyaya yayaraq, “dünya xalqları üçün işıq olmaqdır”. Onun borcu, hamiya -paylaşmaq, Yaxınında olanları sevmək kimi anlayışları oyrətməkdir. Ümid edirəm ki, biz nəhayət, bu işlə məşgul olacağıq: bizim əsas vəzifəmizin nə oldugunu anlayacağıq. Başımıza gələn bütün bədbəxtliklərin bir məqsədi olduğunu – bizləri vəhdətə yönəltmək, və bununla bütün dünyaya birlik nümunəsi göstərmək – olduğunu başa düşəcəyik.

Bütün dünya İsraildən bunu gözləyir. İsrail bu missiyasını yerinə yetirməyə başlayan və həqiqətən buna əməl etməyi arzulayan kimi, dünya xalqları anidən onu anlamağa başlayacaq. Onlar birdən- birə anlamağa başlayacaqlarki, elə bizdən istədikləri bu idi: onlar, İsraildən, bir biriylə xoş bağları olan, yoldaşların arasında sevgi hökm sürən, bəşəriyyətin bir bütün şəkildə birləşmiş olduğu- islah olunmuş bir dünyanın, nümunəsini gözləyirmişlər.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

184 - 0.214