kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Üçüncü intifadaya yol verməyək

rav3

İsrail xalqı adlanan insan toplumuna, Kabbala metodu aşkarlanan andan etibarən, bu xalq ,bəşəriyyətdə olan, ümumiyyətlə təbiətdə baş verən hər bir məsələdən məsul sayılır. İsrael, umumi inkişaf prosesinə -təbiətin son hədəfə doğru inkişaf edərək, hər dəfə daha kamil hallardan keçməsinə cavabdehdir.

Və əgər nəsə qüsur varsa, və hər hansı bir forma kamil deyilse, bu zaman günah İsraildədi.Və belə olan halda, öz üzərində onu oyundıran qüvvələrin təsirini daha güclü duyur.Bu qüvvələr onu oyanmağa və bəşəriyyəti ahəngə geri qaytarmağa sövq edir.

Bütün problemlərə, xüsusilə də bizim dövrün problemlərinə, ümumiyyətlə tarixdə olan bütün hadisələrə bu nöqteyi nəzərdən baxmaq lazımdlr. Anlamaq lazımdır ki, bütün dünyada yayılan intifad və antisemitizm, bizim gecikməyimizin, dünyanın inkişafı prosesində lazımi qədər iştirak etməməyimizin ucbatından doğur.

Biz artıq çoxdan praktik olaraq hər kəsi birliyə cəlb etməyə başlamalıydıq: ilk öncə İsraili. Sonra da bütün bəşəriyyəti..Biz bəşəriyyətə kömək etməyə başlamalıydıq ki , daha böyük birlik və vəhdət içində olsunlar, son kamil formaya daha da yaxın olsunlar.

Sual: Sizə niyə elə gəlir ki, biz gecikirik?

Cavab: Bu, İsrail xalqına olunan təzyiqlərdən görünür. İsrail xalqı- açıq aşkar indikatordur.Əgər zorakılıq qığılcımı varsa – deməli, biz öz düzəlişimizdə gecikirik.Öz geri qalmağımızla, hər an, bütün sistemi harmoniyaya gətirmək istəyindən imtina etməyimizlə, biz özümüz mənfi və müsbət qüvvələrin disbalansını yaradırıq. Bu qüvvələr öz aralarında tarazlana bilmir.

Və bütün bəşəriyyət bu müsbət və mənfinin arasında, Eqoistik pis başlanğıcla, lütfkarlığın, Yaradanın arasında, ortada qalıb.

Buna görə də terrorun alovlanmasını görmək mənə ağrı verir.Biz anlamalıyıq ki, bu baş verənlərdə biz günahkarıq.yerdə qalan dünya xalqları təkcə təbiət qüvvələrinin əmrini yerinə yetirir.Onların seçim azadlığı yoxdur və heç nəyi həll etmirlər. Buna görə də biz onlardan, situasiyanı düzəltməklərini gözləyə bilmərik.

Bu kökə uyğun gəlmir, bu heç düz deyil ki, biz ümid edirik ki, amerikanlar və ya avropalılar bizim dünyanı qura biləcəklər və ya ərəblər duran yerdə dəyişəcəklər.Təkcə bir məsələni düşünməliyik, bu da necə edək ki, biz, İsrael, təbiət qüvvələrini kontrol altına ala bilək və xalqımız arasında birliyi bərpa edək.

Bizdən, başqa heç kimlə əlaqə qurmaq tələb olunmur: nə israil ərəbləriylə, nə ərəb qonşularımızla, nə BMT ilə. Biz öz işimizi görmək üçün, başqalarını nəzərdə tutmamalıyıq. Bu iş İsrael xalqının daxilində gedir. Biz nə qədər öz aramızda birləşsək, bu, kamillik,birlik, sevgi qüvvəsi də bir o qədər, bizdən bütün dünyaya axacaq.Və bütün bəşəriyyət birdən birə sakitləşməyə və birləşməyə başlayacaq.

Bu zaman bütün dünya öz qlobal krizindən çıxaxaq. BMT- də və bütün dünyada olan bütün mübahisələrə son qoyulacaq Bütün hamı sakitləşəcək və birləşəcək, hamı qucaqlaşacaq. Xaruqə, mehriban bir hal hökm sürəcək. Böyük bir dünyəvi birlik olacaq. Və bütün hər şey ancaq, İsrael xalqının öz daxilində, münasibətlərini düzəltməsindən asılıdır..

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

183 - 0.134