kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Yəhudi Xarakteri – BİRLİKDİR

birlikİsrail xalqı nə sahə olur olsun, ancaq birliklə uğur qazanacaq. Axı bununla o, yaradılış proqramına uyur. Məsələ siyasətdə, iqtisadiyyatda deyil. Birlik- məxluqatın yaradılma planında var və bu plan artıq bizə açılıb. Onu dərk etmək və hamılıqla birgə onu həyata keçirməyin vaxtı gəlib çatıb.

Əgər biz bununla məşğul olsaq, dünya xalqları, hər bir məsələdə yardım etmək üçün, bizə qoşulacaqlar.Tanahda verilən metaforaya əsasən, “onlar İsrael oğullarını çiyinlərinə alacaqlar və onları “Qüds” ə aparacaqlar”

Sual: Bəs İsrael xalqına kim mane olur?

Cavab: O özü. Məsələn. Bu günlərdə Knesset – dövlətin Yəhudi xarakterli olması haqqında qanunu müzakirə edir. Bununla siyasətçilər əsas suallardan birini aydınlaşdırmağa cəhd edirlər: biz öz torpaqlarımızda İzrail xalqı kimi yaşayırıqmı?
Amma onlar nəyi əsas gətirəcəklər? Jabotinskinin və ya Ben-Qurionun mirasını? Bu arqumentlər kifayət qədər esas vermir və burdan da diskussiyalar doğur.
Bu mövzu aktuallaşıb və biz insanlara “İsrael xalqı”, “İsrael torpağı”, “İsrael dövləti” anlayışlarının əslində nə demək olduğunu izah etməliyik.

Biz bura, öz boynumuza düşən vəzifəni yerinə yetirmək üçün gəlmişik və indiki period- bu zaman bizə verilib ki, ondan istifadə edək və xalqı onun əsl mənası ilə, həqiqi şəkli ilə formalaşdıraq. Bunu Təbiət qanunlarına uyğun etməliyik, ağlımıza necə gəldi etmək olmaz. Türk sultanlarının,ingilis mandatının, universitet professorlarının məsləhət bildiyi şəkildə olan hakimiyyətlər, hamısı, eyni dərəcədə, Təbiətdən uzaq idi.

Biz artıq kifayət qədər başqalarının qanunları ilə yaşamışıq- birdə, növbəti versiyalar qəbul etməyin nə mənası var? Nə olsun ki, bu özümüzündür, amma o birilər kimi qondarma və sünidir. Bir də vurğulayıram, söhbət Təbiətin öz proqramından gedir. Düzdür, – biz, digərlərindən fərqliyik, -amma sırf bir səbəblə: biz müəyyən formanı qəbul edərək, bütün dünya üçün keçid forması olmalıyıq. Bu bizim boynumuza qoyulan vəzifədir. Bu gün geniş vüsət tapan antisemitizmin səbəbi budur- dünya artıq bu həqiqəti dərk edir, özünə, həm bizə aşkar edir.
Və biz əsas məqamları haşiyəyə almalıyıq. Doğrudan da, bizim problemimiz var. Həqiqətən biz, İsrael xalqının, “Eres İsrael” adlanan torpağın mahiyyətini, rolunu bəlirləyən qanunu öz boynumuza götürməliyik.

Digərlərindən fərqli olaraq, biz ancaq müəyyən şərtlər daxilində xalq oluruq. Və əgər biz bu şərtləri yerinə yetirsək, xalqlararası konfliktlərə də son qoyulacaq. Hamı üçün yer var və islah olunma məsuliyyəti hər kəsin boynundadır- bu aşkara çıxacaq. Xaiş edirəm, birlik günbəzinin altına yığışın və biz, birgə nə lazımdır, bunu edəcəyik. Yeni qanun proyekti, burda yaşayan digər xalqların nümayəndələri ilə, yəhudilər arasında fərq yaratmağa çağırır. Biz isə, əksinə, parçalanmağa çağırmırıq, Vəhdətə səsləyirik.

Söhbət elə də bəsit olmayan, məsələnin canının gizli olduğu sualdan gedir. Siyasətçiləri oyadaraq, onların dili ilə, Yaradan bizə aydın dillə başa salır- ki bu problemi məhz biz həll etməliyik. Onlar heç bir həll yolu tapa bilməyəcəklər. Nə qədər səsə qoysalar da, hansısa qanunlar qəbul etsələr də, onların fəaliyyətinin bəhrələri, reallığın çək – çevirinə tsb gətirə bilməyəcək.Nəticə isə ümumi “fitə basma” olacaq.

Digər tərəfdən əgər biz, yaradılış və dünyanın inkişaf proqramına uyğun olaraq nə etməliyiksə- bunu etməyə başlasaq, bu zaman bütün xalqlardan mükəmməl dəstək alarıq. Onlar dərhal anlayıb, duyacaqlar ki – “Yəhudilər, anidən öz işləri ilə məşğul oldular”

Baal Sulamın yazdığı kimi, yəhudi xalqının islahı mərhələli şəkildə, çox uzun və çətin yolla gedir. Digər xalqlar isə əksinə hamısı eyni anda bunu alacaq. Buna görə də,bizim düzgün addımlarımız dərhal müsbət reaksiya və hörmətlə nətiləcənək. Əsas da odur ki, bütün bu proses, bizim gözümüzün önündə bu cür şəkil alacaq. Amma bugünki hakimiyyətin yəhudi xarakterli olmasın ətrafındakı diskussiyalar, məhiyyətcə qondarma, əsassız iddialardır. Sözsüz ki, dünya da bu cür yanaşmanı qəbul etməyəcək. Əgər məsələ bilə bilə hamının əksinə getməkdirsə, nəzərə almaq lazımdır ki, bu heç də həmişə uğur gətirmir. Biz bu şəkildə qələbə çalmayacağıq. Buna bənzər olaraq, Rusiya da bu gün, Amerika və Avropaya dirənir və çox ümidsiz pozisiyadadır. Biz eqoistik dünyada yaşayırıq: kimin pulu çoxdur, o da qalib olur.

Bu öncədən qərara alınıb və əgər sən haqqlısansa da, heç bir şey etmək olmaz. Bu halda üstəlik, həm də haqqsızıq- buna görə də, sözsüz ki, uğur qazanmayacağıq. Onsuzda bizə nə “hazırlayıblar” onu da “yeyəcəyik”, bunu boğula- boğula qaşıqlayacağıq, çünki yaradılış proqramı ilə razılaşmırıq.
Bu proqrama əsasən, biz öz mühitimizlə və Yaradanla birliyə doğru getməliyik. Hər bir kəs üçün yer var- bax “dövlətin yəhudi xarakteri” budur. İzrail xalqı budur.

Bu cür birliyə necə nail olmaq olar, bax bu barədə Baal Sulam “sonuncu çağ haqqındakı çalışmaları” nda yazır: “Bu altruist qanun beynəlxalq məna daşıyacaq. Pul və mənəvi təsir sayəsində ərəb şeyxlərinin də ürəyini ələ almaq olar. Onlar da, bu baxış açısını qəbul edərək, bizlə bir blokda olub, ərəb mülkiyyətçi və işçiləri mühitindən də, könüllər cəlb edəcəklər”

Burdan da sionizm üçün münbit şərait artacaq. Çünki onlar da, bütün bəşəriyyətə, bərabər olaraq sevgi və lütfkarlıq qanununu qəbul edəcəklər. Buna görə də İzrail torpağını işğal etmək istəməyəcəklər, çünki anlayacaqlar ki bu torpaq Yaradana məxsusdur. Ərəblərlə yəhudilərin həyat səviyyəsi bərabər olacaq və bu da, onlar arasında dostluğun qurulması üçün öncül səbəblərdən ilki olacaq.
Qələbəni yalnız birlik və bərabərlik təmin edəcək. Bununla da biz, pis qüvvələri məhv edəcəyik. Bircə onu anlamaq lazımdır ki, biz şeyxlərin, hakimiyyətlərin,BMT-nin və ya hər kiminsə əleyhinə yönələn bir fəaliyyət göstərmirik. Bunun əvəzinə, bəşəriyyətin özəyinə qoyulmuş olan daxili qüvvələr arasında tarazlıq yaratmalıyıq. Ancaq bu haqda fikirləşməliyik- Uğur, bizi yalnız bu halda gözləyir.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

190 - 0.136