kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Təbiətin sərt qanunu

tebietSual: Biz kütlənin tələbatını götürüb qrupa gətirməliyik ki onu birliyə doğru istiqamətləndirmək mümkün olsun. Bunu müharibə içində olan, Ukraynadakı vəziyyətlə necə əlaqələndirmək olar.

Cavab: Sən heç nə edə bilmirsən. Bu dünyanın ümumi eqoistik vəziyyətidir, hansı ki onun müxtəlif nöqtələrində özünü belə göstərir. Biz heç təsəvvür etmirik ki nə qədər indi müharibələr gedir. Onlar haqqında yazmırlar və danışmırlar. Məgər Əfqanıstanda sakitçilikdir? – Yox. Afrikada insanlar bir-birini öldürürlər amma hamı susur. Dünyada çox belə qaynar nöqtələr var!

Ümumi bir eqoizm var ki, onu biz hələ tarazlaşdırmaq iqtidarında deyilik. Biz bizim altruizm inkişafımıza, egoizmin inkişafında olan sürəti verə bilmirik. Ona görə də dünyada olan mənfi hadisələr, müsbət hadisələrədən daha sürətlə inkişaf edir. Biz dəyişikliklər edirik, amma onlar hələ kifayət deyildir. Mən ümid edirəm ki, bu il biz normal kompensasiya səviyyəsinə çıxmağa başlayacağıq.

İndi baş verənlər – bu Yaradanın tərəfindən hansısa bir hiylə olmayan, dəqiq, ciddi, normal qanunlardır. Bəsdirin artıq hansısa yüksək iradəni xəyala gətirdiz. Özünü ifadə edən bir vahid, daimi qanun gücü var. Başqa heç bir şey yoxdur!

Heç bir təəssüf, heç bir mərhəmət. Məsələ ondadır ki, biz hər şeyi quru dillə, insan hissləri vasitəsilə söyləyirik. Əslində isə Yaradanın, Təbiətin hissləri yoxdur! Biz yalnız birtəhər mənəvi metodikanı çatdırmaq üçün, maddi dünyanın sözləri ilə təsvir edirik.

Ona görə də, Ukraynada və dünyanın digər yerlərlərində olan vəziyyət – bu sağ və sol qüvvələrin tarazlığda olmamasının səbəbidir. Heç nə eləyə bilməzsən. Hərəkət lazımdır, onları tarazlaşdırmaq üçün çalışmaq lazımdır.

Sual: Bəs buna necə yanaşmaq lazımdır.

Cavab: Yalnız yaradılışın məqsədini, vəhdət, birlik yaymaqla, başqa heç nə. Qalan hər şey heç nəyə gətirib çıxarmayacaqdır. Biz tarixin elə bir hissəsinə gəlmişik ki, düzəliş ya yaxşı, ya pis yol ilə həyata keçirilməlidir. Ona görə də heç nə eləyə bilməzsən, çox ciddi, sərt qanun işləyir.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

183 - 0.142