kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

1- Ondan Başqa Kimsə Yoxdur

Deyilmişdir ki, “Ondan başqa kimsə yoxdur”. Bu, o deməkdir ki, dünyada Yaradana qarşı hər hansı tədbir görə biləcək başqa güc yoxdur. Və insanın həyatda gördüyü, böyük qüvvənin varlığını inkar edən hər bir şey, hər bir qüvvə, əslində Yaradanın arzusunu əks etdirir. Bu- sadəcə bizi islahetmə planının bir hissəsidir. Bu prinsip- “sağ əl uzaqlaşdırar, sol əl yaxınlaşdırar” – kimi izah olunur. Və ” sol əlin uzaqlaşdırması” – da, düzeliş periodunun ayrılmaz hissəsidir.

Bu o deməkdir ki, dünyada elə şeylər varki, onların başlıca varolma səbəbi, insanı yolundan caydırmaq, paklıqdan uzaqlaşdırmaqdır.
Bu uzaqlaşmanın faydası var. İnsan bu uzaqlaşma zamanı başa düşür ki, Yaradan kömək etməsə, o məhv olar. Və buna görə də Yaradana var gücü ilə möhtac olduğunu qəbul edir və kömək istəyir.
Yaradan yardım etməsə, insan nəinki irəliləmir, hətta günbəgün geriləyir.

Məsələnin acınacaqlı tərəfi də ondadır ki, insan hətta öz mənfəətini görə belə, Kitabın dediklərinə, qanunlara əməl edə bilmir. O, tamlıqdan çox parçalanma yaşayır. O, yüksəlməkdən çox yıxılır və bütün bunların sonunun olduğuna inana bilmir.

Düşünür ki, həmişə Yaradandan uzaq olacaq. Çünki ən bəsit mənəvi tələbi belə yerinə yetirməkdə çətinlik çəkir. Bu halda, yalnız bir şəkildə mübarizə edə bilir. “Ağıldan üstün olan inam” ın sayəsində. Ancaq buna da, həmişə gücü çatmır və sonunun necə olacağını bilmir.
Və bu an, insan qəti nəticəyə gelir ki, ona, Yaradandan başqa heç kim yardım edə bilməz. Buna görə də, onda Yaradana tələb doğur. O, Yaradandan tələb edirki, Könül gözü açılsın, qəlbi oyansın və əbədi olaraq Yaradanla biryerdə olsun.
Belə görürük ki, insanın duyduğu bütün “uzaqlaşmalar”, özünün pisliyi və gücsüzlüyündən qaynaqlanmır və yalnız Yaradanın lütfüdür.
Yuxarıdan kömək, yalnız həqiqətən Yaradana qovuşmaq istəyən kəsə gəlir.
Yaradan icazə vermir ki, insan aza qane olsun, aşağı pillədə qalsın.
Yaxşı əməl, müqəddəs Kitab və qanunlara görə şükr edib, bunlarla yetinmək – körpə uşağın, şüursuz, yeknəsək hərəkətlərinə bənzəyir. Yaradan (uzaqlaşmalar və mənəvı enmələrlə) insanı bu vəziyyətdən çıxarır, ayıldır.
Və doğurdan da, əgər insan həqiqətən arzulayırsa, o, kömək alacaq.
Yaradan bu köməyi-mənəvi səylərin əleyhınə yönələn fikir və iddiaları vermək – şəklində yollayır. Hər şey ona yönəlir ki, insan Yaradanla bağlılığının çatlaqlarını görə bilsin.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

184 - 0.116