kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Yaradanın üzünün gizliliyi və təzahürü (A)

Yaradanın üzünün gizliliyi və təzahürü (A)

 İlk gizlilik: Onun üzü ifşa olmamışdır. Bu o deməkdir ki, Yaradan o insana qarşı öz adına Yaxşı və yaxşılıq edən kimi davranmır. Həmin insan sıxıntılıdır, qazancı zəif olduğu üçün əzab çəkər, borcluları qapısına dayanıblar. Bütün günü sıxıntı və narahatlıqla doludur. Ya da xəstə olduğu üçün əzab çəkir və ya insanlardan hörmət görmür. Başladığı hər işdə uğursuz olur və davamlı olaraq xoşbəxt deyil.

Bu vəziyyətdə əlbəttə insan Yaradanın yaxşı üzünü görməz, bunları ona edənin Yaradan olduğuna inanar. Ayəttə belə yazılır: “ Tanrı kimi sevirsə, onu danlayar” və bundan başqa “Yaradan sonda böyük huzur vermək istədiyi üçün müdrik adam əzab çəkərək başlayaraq”.

İnsan gedərək ona olan hər şeyin pis tale olduğunu deyir. Hər keçən gün bütün bunlara Yaradanın səbəb olduğu inancı güclənir. Bu Yaradanın arxasını görmək olaraq qəbul edilir.

İkinci gizlilik: Kitablar bunu gizlilik içində gizlilik olaraq adlandırır. Bu o deməkdir ki, insan Yaradanın arxasını belə görmür. Bu səbəblə Yaradanın onu tərk etdiyini və onunla maraqlanmadığını deyir. Bütün əzablarının səbəbini pis taleyində və təbiətdə görür.

Bu o deməkdir ki, həmin insan dua edər, sıxıntılarının bitməsi üçün yardımlar edər, ancaq heç bir cavab almaz.

İlahi olana inandıqca və yaxşı əməllər etdikcə şans ondan daha çox uzaqlaşar. O`nu yox sayanda isə çox uğurlu olar və rahatlayar.

Yaşayışını fırıldaq və ya Şabata hörmətsizlik edərək təmin edər. Tora və Mitzvotu yerinə yetirən bütün tanışları yoxsul və xəstədirlər. Mitzvotu yerinə yetirən bu insanlar ona kobud və ağılsız kimi görünürlər. Belə ki, bir dəqiqə belə onların yanında olmaq istəməz.

Əksinə digərləri çox uğurlu və sağlamdırlar. Xəstəliyin nə olduğunu bilmirlər, ağıllı, yaxşı xasiyyətli və fəzilətlidirlər.

İlahilik insanın həyatını bu cür təşkil edəndə buna “gizlilik içində gizlilik” deyilir. Bu belədir çünki insan ağırlığın və iztirabın altında qalır və bəzi səbəblərə görə Yaradandan gələn inancını gücləndirə bilmir. Nəticədə, aşağı düşər, kafir olar və Yaradanın yaratdıqları ilə heç cür maraqlanmadığını, bütün başına gələnlərin pis taleyi ucbatından olduğunu deyər. Belə olanda Onun arxasını belə görə bilməz.

Üzün ifşası

İnsan Yaradana inancını gücləndirib, dad ( yəni, insanın bədəninə çəkdiyi Toranın işığı) almağa başlayanda Onun üzünün ifşasına layiq olar. Bu o deməkdir ki, Yaradan ona öz adına (yaxşı və yaxşılıq edən) uyğun davranır.

Beləcə Yaradandan bərəkət və huzur alar. Bu belədir, çünki insan həyatını rahatlıqla keçindirir, əsla çətinlik və təzyiq hiss etmir, insanlardan hörmət görür, planladığı hər şey qaydasındadır və ne edirsə etsin uğurlu olur.

Bir şey istəyəndə dua edir və həmən cavabını alır, çünki O Ondan istəniləni dərhal yerinə yetirir. İnsan yaxşı əməllərini gücləndirəndə hər növbəti gün daha uğurlu olur.

Bütün tanışları yaxşı və sağlamdır. İnsanlardan hörmət görürlər və heç bir narahatlıqları yoxdur. Ağıllı, dürüst və xoşbəxtdirlər.

Əksinə Toranın yolunu izləməyənlər böyük borc içindədirlər, bir an belə rahat deyillər. Xəstə və əzab içindədirlər. Ağılsız, pis xasiyyətli və kobud görünürlər.

Onun adı bizə Onun bütün yaratdıqlarına comərdliyini göstərir və birinin həzzi digərinin həzzinə bənzəməz. Məsələn, bu elmə bağlanan bir insan şöhrəti və varı sevməz. Bu elmə bağlanmayan isə böyük ruhani edinimi sevməyə bilər. Bu səbəblə O birinə şöhrət və var, digərinə isə elmin edinimini verir.

Gizlilik mərhələsində insanın Onun rəhbərliyinə inanma arzusu, onu Torayla məşğul olmağa, inancını güxləndirməyə və aydınlığı özünə çəkməyə gətirir. Tora vasitəsilə aldığı edinimlərə “Toranın dadı” deyilir. Bunlar müəyyən qədər toplandıqdan sonra Yaradan ona yuxarının bərəkətini axıdar.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

190 - 0.120