kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Bnei Barux Kimdir?

LOGOPNGMən kiməm, bu dünyaya hardan gəlmişəm, nəyə görə mövcudam? Görəsən bu dünyada nə vaxtsa olmuşammı və yenə qayıdacamml? Bütün baş verənlərin mənasını və səbəbini anlaya bilərəmmi? Ali idarə sistemi necə hərəkət edir? Niyə bu dünya iztirablarla doludur, onlardan qaçmaq mümkündürmü?
Bu suallara cavab tapmaq, ancaq ali aləmlərin dərk edilməsi ilə mümkündür. Ali aləmlərə varmaq “kabala” adlanır. Kabalanı öyrənərək, insan indi, bu dünyada ola-ola, ali aləmləri duymağa, baş berən hər şeyin səbəbini anlamağa başlayır, mütləq sakitliyə nail olur və hər şeyi dərk edir. Və bütün bunlar bu dünyada mövcud ola-ola mümkün olur!

“Bney Barux” kabalistik qrupu bu biliklərin yayılması ilə məşğul olur. Qrupun fəaliyyəti və tədris metodu bizim dövrün dahi kabalistləri, “Zoar” kitabına “Sulam” şərhini yazan rav Yehuda Aşlaq (1855-1955) və onun böyük oğlu rav Barux Aşlaq (1906-1992) ın təcrübələrinə əsaslanır. Qrupun rəhbəri rav Mixael Laytman, qrupun adı ithaf edilən B.Aşlaqın tələbəsi, davamçısı, şəxsi köməkçisi olmuşdur.

Kabalanln təhsil və tədrisi ancaq həqiqi kabalistik qaynaqlar əsasında aparılır:

1. ARİnin əsərləri
2. Rav Y.Aşlaqın əsərləri

Kitablar: “Sulam” kommentariyalarıyla “Zoar”, “Talmud Eser aSfirot”, rav Y.Aşlaqın şərhi ilə ARİnin “Ets Xaim”i. “Matan Tora”, “Pri Xaxam”, “Or aBair”, “Beyt Şaar aKavanot”, “Sefer a İlan” və s.

3. Rav B.Aşlaqın əsərləri.
“Şamati” kitabı, Rabaşın şərhləri ilə “Akdamot le Xoxmat aEmet” məqalələri,”Darqot aSulam” (4 cild), “İqrot Rabaş” və başqaları.

4.Rav M.Laytmanın öz müəllimindən aldığı, rav Y. Aşlaqın və rav B.Aşlaqın əlyazmalarının əsli.

Qrupun kabbalanın yayılması yolunda göstərdiyi fəaliyyətinə daxildir:

1. Nəşr: Y.Aşlaqın v B.Aşlaqın daha öncə dərc edilməmiş əsərlərinin nəşri:

“Şamati” ,”Darqot aSulam” ( ivritcə), kitabları, 11 cilddən ibarət olan “Kabala.Gizli yəhudi təlimi” (rusca), “Ali Aləmlərə nail olmaq” (ingiliscə), rav M.Laytmanın leksiya və dərslərinin audioyazıları (rus və ivritcə), izahlı materiallar (rusca, ivritcə, ingiliscə)

2. Leksiyalar: sistemli, pulsuz, bütün ölkəyə.

3. Dərslər: Sisyemli, pulsuz, səhər və axşam

4. Umumdunyəvi internet sistemində Kabala bankı;

ARİnin “Həyat ağacı” kitabı əsasında həftəlik dərs;

Rav Y.Aşlaqın, rav B.Aşlaqın, rav M.Laytmanın məqalələri;

Bütün dünya üzrə qiyabi olaraq təhsil alan 7 mindən çox tələbənin suallarına cavab.

İvrit, ingilis, rus dillərində fəsliyyət göstərən qiyabi fakultə.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

77 - 0.072