kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Kabala Nədir?

Kabala – mənəvi aləmi, müdrikliyi öyrənmək üçün bir vasitədir. Maddi dünyanı öyrənmək üçün biz, fizika, kimya, biologiya kimi elmlərdən istifadə edirik. Bu elmləri, biz duyğu üzvlərimizlə araşdırırıq. Maddi aləmi, yalnız bu şəkildə öyrənirik. Bilmək lazımdır ki maddi dünyayla birgə, bir də duyğu üzvlərimizin hiss etmədiyi, gizli aləm var. Və bu aləmi öyrənmək üçün bir vasitəyə ehtiyacımız var.

Kabala elminə görə reallıq iki məfhum üzərində qurulub: əldə etmək, almaq arzusu və paylaşmaq, digərinə ehsan etmək arzusu. Ehsan etmək o zaman mümkün olur ki, almaq istəyən olsun. Və bu arzu ona görə də, ilk olaraq, almaq istəyəni yaradır. Ehsan etmək arzusunu bizlər – daha çox “Yaradan” kimi tanıyırıq. Deməli, bütün yaradılmışlar, biz də daxil olmaqla, sadəcə “əldə etmək, almaq” arzusunun təzahürüyük.

Kabalanı – yəni, almaq və vermək niyyətini öyrənərək, fayda əldə edə bilərik. Kabala – bizə təkcə yaradılışın modelini öyrətmir. Həm də bu reallığı ilkin olaraq planlayan Yaradan kimi, “Yaradıcı” olmağı öyrədir.

Hər nə qədər kökləri qədim çağlara qədər uzansa da Kabala elmi qədim Babil zamanından bəri insanlıqdan 4000 ildən çox müddətdir gizlədilmişdir.
Bu mütləq gizlilik Kabalanın sonsuz cazibəsini davam etdirmişdir. Bir çox ölkədən Nyuton, Leybnits və Piko Della Mirandola kimi məhşur elm adamları və filosoflar Kabala elmini araşdırmışlar və anlamağa cəhd göstərmişlər, ancaq həqiqi mənada Kabalanın nə olduğunu çox azı anlaya bilmişdir.

Kabala elmi bizim dünyamızdan bəhs etmir, bu səbəblə də əsli gözdən qaçır. Görülməyəni, hiss edilməyəni və təcrübə edilməyəni qavramaq çətindir. Minlərlə ildir insanoğluna “Kabala” adı altında onun elminin xaricində sehr, cadu, hətta möcüzə kimi müxtəlif xüsusiyyətlər təqdim olundu. 4000 ildən artıq zaman çərçivəsində Kabala elminin həqiqi mənası yanlış məfhumlar və yanlış fikirlərlə insanların düşüncələrini qarışdırmışdır. Və bu səbəblə ilk öncə Kabala elminin aydınlığa çıxması vacibdir. Kabalist Yehuda Aşlag Kabalanı “Kabala elminin əsası” məqaləsində bu şəkildə açıqlamışdır: Bu elm, səbəb nəticə münasibətləri nəticəsində dəyişməz. Dəqiq qaydalarla köklərin düzülüşündən enən, “ilahi olanın, yaratdıqlarına bu dünyadakı təzahürü” olaraq tərif edilən uca bir məqsədin ifadəsidir.

Elmi ifadələr qarışıq və sıxıcı ola bilər. Ona görə də burda nə demək istəndiyini açıqlayaq.

Yaradan ya da üst bir güc mövcuddur və dünyamıza hökm edən güclər bu üst gücdən gəlir. Bu güclərin nə qədər olduğunu bilmirik, ancaq bunun bir önəmi də yoxdur. Biz bu dünyada yaşayırıq. “Yaradan” olaraq adlandırdığımız bir üst güc tərəfindən yaradıldıq. Dünyamızda cazibə, maqnit və düşüncə gücü kimi bir çox qüvvələrə bələdik. Ancaq yüksək pillədə var olan bizdən gizli güclər də var.
Bu ən əhatəli və böyük gücə “Yaradan” deyirik. Yaradan dünyəvi bütün güclərin və təbiətə hökm edən güclərin ən yüksək səviyəsinin cəmidir.

Bu güc üst dünyaları yaradır. Cəmi 5 dünya vardır. “Mahsom” üst dünyaları bizim dünyamızdan ayıran pərdə , sərhəd – dünyalardan sonra gəlir. Üst güc – “Yaradan” eyni zamanda “Sonsuzluq Dünyası ” olaraq da bilinir. Dünyalardan enərək dünyamıza və insanlara həyat verir.

Kabala elmi digər bildiyimiz elmlərin əksinə bizim dünyamızı və insanları tədqiq etmir. Kabala “Mahsom” un üzərindəki hərşeyi araşdırır.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

81 - 0.073