kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Kabalanın Mənası Nədir?

Qədim_BabilKabalanin mənşəyi Qədim Babil dövrünə, çox çox əski, əntiq çağlara gedib çıxır. Kabala müdrikliyinin tarixi – dörd min ildən də əvvələ aiddir. Kabalanın müdrikliyi bəşəriyyətdən gizli qalıb.Buna görə də, dövrümüzdə, Kabalanın həqiqətən nə demək olduğunu çox az insan bilir.

Min ildirki,insanlara “Kabala” adıyla, müxtəlif cür sehir, cadu, lənətlər hətta möcüzələr öyrədilib, bir sözlə Kabalanın əsil həqiqətinden başqa hər şey açıqlanıb. Dörd min ildən çox sürən bir dövrdə, Kabalanın əsl mənası yox, yanlış təxəyyülün, səhv şərhlərin sayəsində, qarmaqarışıq bir anlayış formalaşıb.

Buna görə də, ilk olaraq Kabala müdrikliyinin aydın, açıq bir şəkildə ifadəsinə ehtiyac var. Kabalist Yehuda Aşlaq (Baal Ha Sulam) “Kabala müdrikliyinin mənasi” adlı məqaləsinde bu cür izahat verir: “Bu müdriklik, O’nun İlahiliyinin yaratdıqları, önündə aşkara çıxmasıdır”, bu təsvir -yeganə olan ümdə məqsədin ve onun sabit qanunlarının olduğunu izah edir. Bu sabit qanunlar, səbəb- nəticə prinsipi ile işləyən Köklərdir.

Daha bəsit sözlərlə desək, reallıqda hər şeyi idarə edən bir “Üstün”, hər şeyi əhatələyən bir qüvvə, ya da “Yaradan” var. Dünyada olan bütün digər qüvvələr, bu hər şeyi əhatələyən Qüvvədən törəyir. Bu qüvvələr, yüksək nizama tabe olur və bizdən gizli şəkildə hərəkət edir. Biz, onlardan bəzisini tanıyırıq, məsələn: cazibə qüvvəsi, elektrik və s.

Kabala, bizlərə, bu gizli qüvvələrin necə yarandığını ve bizə necə təsir etdiyinin qaydalarını və ya xəritəsini öyrədir. Kabala- qüvvələrin bizdə yaratdığı hissiyyatı anlamağı, bu hissləri kamilləşdirməyi ve bütün bunların mövcud olmasının tək səbəbi olduğunu öyrədir və bu yolda bizə yardım edir. Yeganə, səbəb isə -bu dünyada yaşaya- yaşaya, Yaradanı aşkarlamaqdır.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

81 - 0.085