kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Kabala Haqqında 10 Mövhumat

stopKabala haqqında 10 mövhumat

1. Kabala dindir.

Gerçək vəziyyət: Kabala bir elmdir – bütün reallığın fizikasıdır. Normal halda, bizim duyğularımızdan gizli olan, yaşadığımız reallığın pərdə arxasını açıqlayan bir müdriklikdir.

2. Kabala, qırmızı kəndir bilərzik və müqəddəs su ilə bağlıdır.

Gerçək vəziyyyət: Kabalanın bunlarla heç bir əlaqəsi yoxdur. Qırmızı kəndir, müqəddəs su və digər məhsullar, sadəcə qazanc əldə etmək niyyətinə uydurulmuşdur. Əslində bu məhsulların populyarlığının, arxasında ticari məqsəddən başqa yeç nə durmur.

3. Kabalayla çox az qisim insan məşğul ola bilər və ümumiyyətlə, yalnız yaşı 40 -dan yuxarı olan kişilər tərəfindən öyrənilə bilər.

Gerçək vəziyyət: “Qovulma” dövründə, Kabala metodikası az sayda, seçilmiş şəxslər tərəfindən hazırlanıb. Ancaq, Arinin dövründən bəri (16-cı əsr), Kabala hər bir kəsə açıqdır.

4. Kabala Cadu ilə məşğul olur.

Gercək vəziyyət: Kabala cadu və ya hər hansı bir başqa sehirbazlıqla məşğul olmaz. Kabala, reallığın arxasında baş verənlərlə məşğul olur.

5. Kabala bir təriqətdir.

Gerçek vəziyyət: Kabala, heç bir kəsə məhdudiyyət, qadağa qoymayan, hamıya açıq olan bir elmdir.

6. Kabala yeni nəsillərin dəbidir və bir cərəyandır – gəlib keçici bir hadisədir.

Gercək vəziyyət: Kabala bəşəriyyətin ən qədim müdrikliyidir. Tarixi təxminən 5000 il olar.

7. Kabala taro kartları, astralogiya və numerologiya ilə bağlıdır.

Gercək vəziyyət: Taro kartlarının, astralogiyanın və numerologiyanın mistik praktikaları- səhvən Kabala ilə əlaqələndirilmişdilər.

8. Kabalada həmayil, göz muncuğu və.s var

Gercək vəziyyət: Bizim dünyamızda mənəvi məzmun daşıyan heç bir fiziki obyekt ola bilməz. Bu kimi əşyalar, bir insana kömək edərsə bu ancaq psixoloji təsirə, bağlıdır.

9. Kabala meditasiya ilə də məşğul olur.

Gercək vəziyyət: Kabalada meditasiya yoxdur. Bu fikirlər, yalnız Kabalist olmayan, bu metodla məşğul olmayan kəslərin təsəvvürləridir.

10. İnsan Kabala kitablarını oxumazdan öncə Tövrat və Talmudu öyrənməlidir.

Gerçək vəziyyət: Kabalanı bilmədən, insan onsuzda bu yazıların mənəvi mənalarını başa düşməz və oxuduqlarını da, tarixi şəxslərə və fiziki hadisələrə aid edər.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

84 - 0.088