kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Niyə Məhz İndi?

Bu gün bir çox insan inanır ki, insanlığın gələcəyi uçuruma doğru yaxınlaşır. Sosial və elmi inkişafla daha yaxşı və daha xoşbəxt bir həyat ümidimiz getdikçə böyüyən qaranlıqla kölgələnməktədir.

Getdikcə daha çox insanın daxili doyuma çata bilmədiyini görürük. Əvvəllər, irəliyə doğru böyük addımlar atdığımızı və vacib üstünlüklər qeydə aldığımızı düşünərkən indi bir növ maneə ilə qarşı-qarşıyayıq.

İnsanlıq, depressiya, intihar, çoxlu dərman dalğasına qapılmış görünür və dünyadan əlaqəsini kəsərək duyğularının içinə batır. Terrorizm və xəstəliklər, qlobal problemlər və bütün bu vəziyyət insanlığı bu əsas suala gətirir: “Həyatın mənası nədir ?”.

Bir çox insan bu sualın cavabını axtarmağa başladı. Son 20 ildə mənəviyyatı axtaran insanların artmasına diqqət yönəltsək bu açıq-aşkar bəllidir.

Zohar kitabında belə yazılır; XX əsrin sonunda insanlıq həyatın mənasını axtarmağa başlayacaq və bu sualın cavabı, bizim zəmanəmizin məcburi şərtləri səbəbi ilə ortaya çıxacaq olan qədim Kabala elmində gizlidir.

Kabala elmi bu səbəblə minlərlə ildir gizlədilmişdir. İnsanlıq buna hazır deyildi və ehtiyacı yox idi. Son illərdə bu ehtiyac vacib miqdarda artmışdır. Bir çoxları Kabalanın onlara nə verəcəyi marağı ilə çalışmağa başladı. Ancaq, insan Kabalanın həyatın mənası sualına cavab verdiyini anlayanda ondan uzaqlaşa bilməz və fəal olaraq çalışmağa başlayar.

Kabala haqqındakı sehir, möcüzə, cadu, müqəddəs su kimi mistik yalanlar getdikcə tamamilə yoxa çıxmaqdadır. İnsanlar bunların sadəcə psixoloji fenomenlər olduğunu görməyə başladılar.

Bugün həqiqi, əsl Kabalaya maraq artmaqdadır. Başqa sözlə, kainatı, sonsuz varlığı, üst gücləri hiss etməyə təkan verəcək bu elmə böyüyən bir istək var. İnsanlar dünyamızın və həyatlarımızın inkişaf müddətini, haradan gəldiklərini və haraya getdiklərini bilmək istəyirlər.

Zəmanəmizdə dünyanın hər yerindən bir çox insanın bu suala marağı artdı və buna görədə Kabala getdikcə yayılan bir maraq qazandı. Dünyəvi varlığımız tətminsiz və limitli olaraq göründüyündən hər gün bir çox insan bu dünyanın üzərindəki təbitəin üst gücü ilə əlaqə qurmağa çalışır.

Bu gün insanlıq Kabala elminə hazırdır. Bu elm həyatın həqiqi mənasını, varlığımızın mənbəyini tapmağı istəyən hər kəsə açıqdır və onu tapmaq üçün hər kəsə açıq bir üsul təqdim edir.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

80 - 0.086