kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Kabala elminin mahiyyəti nədir?

 

Mənim bir sualım var. Kabala elminin mahiyyəti nədir?
Kabala elminin mahiyyəti nədir? Həqiqətən, min illər ərzində Kabala elminin əsl mahiyyəti sirrlərlə örtülmüşdür. O, miflərlə, əsatirlərlə, təhrif olunmuş rəvayətlərlə əhatə olunmuşdur. Kabbalanı 3 səbəbə görə gizli elm adlandırmışlar:

1.Birincisi, kabalistlər sirlərini ancaq cüzi, inkişaf səviyyəsi yüksək olan kəslərə açırdılar.O kəslərdə elə daxil keyfiyyətlər vardl ki,bəşəriyyətdə bu hələ indi əmələ gəlir.Bu keyfiyyətlər onlara kömək edirdi ki,Kabalanı anlasınlar və onu düzgün şəkildə istifadə etsinlər.Yəni bu bilikləri Kabalistlər qəsdən gizlədiblər.

2.İkincisi,Bütun Kabalistik kitablar elə sözlər işlədir ki, ilk baxışdan bunlar dunyadakı cisimləri və insanları xatırladır. Amma Faktiki olaraq, kabala kitablarında olan heç bir söz ,maddi dünyadan bəhs etmir.Öz müəllimindən bu bilikləri alan Kabalist sizə bu kitabları necə oxumaq lazimdir əyrədənə qədər,siz onları anlaya bilməyəcəksiniz.Sizin nə qədər ağıllı və oxumuş biri olmağınızdan asılı olmayaraq,müəlliminizin izahı olmadan, siz ancaq bu kitablarda öz təxəyyülünüzün məhsulunu göröcəksiniz ,başqa heç nə yox.

3.Üçüncüsu, Kabala həyatın məqsədini və mənasını izah edir.İnsanda ciddi,içdən hayqıran bir sual – “mən niyə yaşayıram” sualı əmələ gəlməyənə kimi,o cavabı eşidə bilməz. Hətta əgər bu cavabı onun qulağlna bağırsalar belə. Amma bu gün bütün dünyada minlərlə insan Kabala axtarışındadır.Onda gəlin anlaşılmamazlıqlarl aradan qaldıraq.İlk öncə müəyyən edək görək nə Kabala deyil.
Kabalanın dinə, maqiyaya, cadugərliyə, görücülüyə, loğmanlığa, meditasiyaya, fəlsəfəyə, parapsixologiyaya, ekstrasensorikaya, telepatiyaya, frenologiyaya, psixogenezə, xurafat inanclara, yuxuyozmalara, Taro kartlarına, yoqaya, qırmızı sapa, müqəddəs suya, xeyir dua verməyə, yəhudiliyə, xristianliğa, islama, buddizmə, induizmə, sufizmə, reinkarnasiyalara, holistik tibbə, numerologiyaya, inancın təmizlənməsinə, aromaterapiyaya, gizli cəmiyyətlərə, reykalar təliminə, hipnoza, transmutasiyalara, astrologiyaya, astral səyahətlərə, spirituallığa, ölülərlə ünsiyyətə, bədəni tərk etməyə, maqnetizmə, masonluğa, teosofiyaya, refleksologiyaya, UFOya, kreosanizmə, fanatizmə və s hər hansı bir inanca aidiyyatı yoxdur.
Baxmayaraq ki, az əvvəl xatırladıqlarımızdan bir çoxu Kabaladan əsənlənib. Amma bu qədər il ərzində təhrİf olunublar.

Onda bəs Kabala nədir?

Kabalist Yəhuda Aşlaq Kabalaya bu cür tərif verir; “Kabala müdrikliyi- mənəvi köklərin enməsi qanunauyğunluğudur,yəni Yaradandan çıxaraq , bütün aləmləri keçib yayılan və bizi, düşdüyümüz ən ali pilləyə yenidən qaldlrmaq üçün enib burda aşağıda- bizi və dünyamızı yaradan qüvvələrln enmə ardıcıllığıdır.” Bu, Yaradanın İlahiliyinin məxluqat tərəfindən bu dünyada aşkar olunmasıdır.Bu o deməkdir ki,Ali qüvvə var.Ondan da bu dünyaya idarəedici qüvvələr enir və bizim burda var olmağımızı təyin edirlər.Biz cazibə,elektomaqnetizm kimi fiziki qüvvələri tanıyırıq.Amma bizdən gizli olan daha ali qüvvə var.Bu sanki elektrik cərəyanıdır.Biz daima ondan istifadı edirik amma onu görmürük.Heç təsəvvürümüz də yoxdur ki, o nədir.

Ən ali, hər şeyi əhatələyən qüvvə olan Yaradan- dünyamızı idarə edən qüvvələrin cəmidir.O, ierarxiyanın, bütün idarə edici qüvvərin içində ən üst səviyyədədir.Bu ali qüvvə, 5 ali aləm və bu bu aləmləri bizim dünyadan gizləyən bir sərhəd izhar etmişdir. Kabala elmi bizim dünyanı və ya dünyadakl insanlarl öyrənmir.Necə ki bunu ənənəvi elmlər edir.. O, bu sərhəddən yuxarıda nə var, onu araşdırır.Yuxarıdan enən qüvvələrdən başqa, heç bir şey yoxdur.Və onlar dəqiq qanunlarla işləyir. Aşlaqın da yazdığı kimi, bu qanunlar dəyişməz,mütləq və daim hər yerdə movcud şəkildə varlar.Son nəticədə, bütün qüvvələr bizə elə yönlənir ki, (əgər belə arzumuz varsa) bu dünyada yaşaya-yaşaya Təbiətin yeganə idarə edici qüvvəsini aşkarlayaq.
Daha ətraflı məlumat üçün bu sayta daxil olun.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

81 - 0.078