kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Kişi və Qadın

kisi_qadinNecə ki, Yaradan və yaradılmış mövcuddur, buna uyğun olaraq da kişi və qadın mövcuddur. Onun xəlq etdiyi iki məxluq- bu tanqoda rəqs edən iki tərəf müqabilidir.
Yaradanın – bəxş edən, təsir edən, aparıcı olan – proobrazı var, bu kişidir, yəni kişinin özəyi. Və bir də, yaradılmış var- alan, yaxınlaşdıran, Yaradana doğru gedən – bu da qadınların özəyidir.

Eynilə bizim həyatımızda da belədir. Əgər buna uyğun olaraq biz, həm kişilər, həm də qadınlar bu köklərin əsasının təbiətdə necə qoyulduğunu və onların bir- biri ilə necə bağlı olduğunu aydın şəkildə anlasaq, buna uyğun da düzgün əməl etsək, onda biz öz həyatımızı düzənə salarıq. Axı təkcə bizim yox, önümüzdə yuxarıdan aşağlya kimi sərgilənən bütün təbiətin – kişi və qadın köklərinə bölünməsi,aydın şəkildə nəzərə çarpır.
Biz öz kökünü sadəcə ayrı özəklərdən götürən, iki ayrı məxluqdan bəhs edirik: birinin kökü- Yaradandadır, o birinin kökü xəlq edilən yaradılmışda.

Yaradan ümumiyyətlə bir olan varlıq xəlq etmişdi. Yazılmışdır, O Adəmi yaratdı, sonra da Adəmdən (alleqorik təsvir) qadın tərəfi yaratdı. Yaradan arzu yaratdı – həzz almaq, təmin olmaq arzusu. Sonra bu arzu iki müxtəlif hissəyə parçalandı: başqaları naminə təmin olmaq və öz məni naminə təmin olmaq. Başqaları naminə təmin olmaq arzusu- kişidir, öz məni naminə təmin arzusu- qadındır. Bizim dünyada bunların heç biri nəzərə çarpmır! Bizim dünyamız, ilahi aləmə ziddir. Buna görə də, burda hər bir şey əksdir, hətta əksdən də ötədir (kaş ki, hər şey sadəcə əks olardı), hər şey qarmaqarışıqdır.

Əgər yaradılmış öz kökünə çatırsa, öz yaradılma məqsədinə nail olursa, bu məxluqa yaxşı, əgər buna nail olmursa ona pis deyilir. Əgər o öz kökünə nail olmaq üçün can atırsa, onda bu yolda götərdiyi səylərə əsaslanaraq demək olar ki, kim daha yaxşı, kim daha pisdir.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

81 - 0.083