kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Kabala Kitabları Nəyi Öyrədirlər?

Kabala kitabları mənəvi dünyaların quruluşunu və hər birimizin oraya necə çatacağını öyrədir. Kabala kitabı tur rəhbəri kimidir. Əgər yeni bir şəhərə səyahət etmək istəsəniz görüləcək ən yaxşı yerləri, ən yaxşı restoranları və ən yaxşı klubları və görəndə xoşunuza gəlməyəcəyi üçün getmək istəməyəcəyiniz yerləri sizə deyəcək tur rəhbərindən istifadə etmək istəyəcəksiniz.

Oxşar olaraq, Kabala kitabları sizə mənəvi dünyaların necə inşa edildiyini, hansı “yerlərin” daha çox , hansı “yerlərin” daha az əyləncəli olduğunu öyrədir. Əlbəttə, bunlar fiziki yerlər deyil, bunlar hər hansı bir Kabalistin yaşadığı mənəvi hallardır.

Kabala kitablarının sizə izah etdiyi şeylərdən biri də, mənəvi dünyanın necə tapılacağıdır. Əgər bu dünyada hansısa bir yerə getmək istəsəniz, o yerin xəritəsinə və ora çatmaq üçün tur rəhbərinə ehtiyacınız olacaq. Mənəviyyatda Kabala kitabları sizin üçün hamısını edir — mənəvi dünyanın harada olduğunu sizə “göstərir”, sizi oraya “aparır” və sizə ətrafı göstərir.

Kabala nə öyrədir və Kabala ilə məşğul olmaq mənə nə gətirəcək ?

Kabala elmi mən, sən və hamımız ilə əlaqəli olduğu üçün bu baxımdan yeganədir. Kabala bizə görünən şeylərlə maraqlanmır, sadəcə yaradılış formamız və yaradılışımızın üst dərəcələrini öyrənir.

Bəzi bölmələr Sonsuzluq dünyasından aşağı enən güclərdən bəhs edir. Sonsuzluq dünyası bizim başlanğıc nöqtəmizdir və biz orada sözün əsl mənasında bir-birinə tam bağlanmış tək ruhuq. Daha sonra Sonsuzluq dünyasından yaşadığımız dünyaya enən dünyaların sırasını, Sefirot və Partzufimləri öyrədir.

4 min il əvvəl Sefer Yetzira ( Yaradılış kitabı) adlı kitabı yazan İbrahim peyğəmbərdən başlayaraq bir çox Kabala kitabı yazılmışdır. İkinci önəmli kitab Zohar kitabı e.ə II yüzillikdə yazılmışdır. Zoharın ardınca məhşur XVI əsr kabalisti Arinin məqalələri gəlir. Və XX əsrə gəldikdə Kabalist Yehuda Aşlagın məqalələrini görürük.

Aşlaqın məqalələri bizim nəslimiz üçün çox uyğundur. Bu mətnlər digər Kabala kitabları kimi ali dünyaların formalarını,  aşağı dünyalara həyat vermək üçün necə endiklərini və kainatın, planetimizin, dünyanın yaradılışını, dünyanın keçirtdiyi təkamül mərhələlərini öyrədir. Bu sistemin necə yaradıldığını, ali dünyaların necə yer üzünə endiyini çalışmaq, bizə bu sistemə girmə və ona hökm etmə metodlarını öyrədir.

Biz daha çox Yehuda Aşlag tərəfindən yazılan Talmud Eser Sefirot (10 sefirotun öyrənilməsi) kitabını öyrənirik. Bu kitab şəkillər, qrafiklər, suallar və cavablardan tərtib olunmuş bir dərs vasitəsidir. Bu dünyanı idarə edən üst dünyaların fiziki qaydalarını bizə öyrədir.

Bu material Kabala tələbələrinə oxuduqca mənəvi dünyaların biliklərinə yiyələnməyə və bu bilikləri sınaqdan keçirməyə şərait yaratdığı üçün pillə-pillə dəyişir.

Kabala elmi bu dünyadakı həyat ilə maraqlanmır. Onun yerinə, bu sistemi öyrənərək ali dünyalardan aşağı düşməzdən əvvəl sahib olduğumuz dərəcəni yenidən əldə edərək necə yüksəlməyi öyrədir. Kabala elmi bu yüksəlişlə insanı ali dünyalara bərabər dərəcəyə gətirir.

Bu sistem bunu bacarmağı istəyən və qarşısına məqsəd qoyan insana özünü göstərər və onu yönləndirər. Bir damla spermadan bütün insalığın meydana gəlməsi və inkişafı kimi, Kabala elmi də ali dünyalara çatmaq üçün arzumuzu böyüdür.

Bu əvvəl qəlbdəki nöqtə dediyimiz kiçik bir arzuyla başlayır. Bu nöqtə gələcək dərəcələrin rüşeymi kimidir. Ali dünyaların quruluşunu öyrənərək “genetik” bilikləri əldə edərik və bu biliklər böyüdükcə içimizdə ali dərəcələrə bənzəyən fiqur yaradarıq.

Bu elm buna görə də çox dəyərlidir. Oxuduqlarımızdan heçnə anlamasaq belə, Kabala mətnlərini anlamağa çalışmaq qəlbdəki nöqtəmizi və ali dünyaları öyrənmək istəyimizi böyüdür. Böyüdükcə də içimizdə yeni və fərqli bir dünya hissini yaşayarıq.

Beləcə, Kabala elmi bizə ali dünyaları hiss etməyimizə, onu anlamağa və ən önəmlisi də bu sistemi idarə etməyimizə təkan verir.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

79 - 0.075