kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Niyə Əzab Çəkirəm?

Əzab çəkmək bizi irəliyə aparır. İstər qaranlıq, boş istərsə də, düşüncələrimiz qarışmış hiss edək bütün pis hislər bizi bu əzabın səbəbini və məqsədini düşünməyə məcbur edir.

Biz bu dünyada sadəcə həqiqətin üz qabığını görürük. Təbiətin, ətraf mühitin, kainatın arxasında, ya da fərdin daxilində gizli olanı görə bilmir və bunların heç birini idarə edə bilmirik.
Eyniylə naxışlardakı rəsmi əmələ gətirən iplər, bağlar yalnız rəsmin arxa tərəfindən görünür. Eynən bu qaydada biz də gerçəkliyimizi yaradan hadisələr arasındakı bağlılığı görə bilmirik, gördüyümüz şey saədəcə “bəzi şeylərin hər hansı bir səbəblə olduğudur”.

Etdiyim hərəkətlərin nəticəsini necə öyrənə bilərəm? Birdən birə bir fəlakətlə əzab çəkir və bunun niyə olduğunu və hardan gəldiyini başa düşmürük. “ Harda səhv etdim, bunu yaşamaq üçün nə etdim?” və hətta “Bütün bunların məqsədi nədir?” deyirik.

İnsan öz əzabını və buna hər nə qədər layiq olduğunu xeyli düşünsə də, kənardan baxaraq başqalarının əzabının səbəbi haqqında fikir formalaşdıra bilir. Amma hərkəs bir şeydə həmfikirdir ki, əzab bizə əzabın səbəbini və məqsədini düşünməyə gətirir ki, Kabalaya görə ikis idə bir və eyni şeydir.
Kabala elmi bütün əzabların bir tək məqsədi olduğunu deyir: həyatın mənbəyini (Ali işıq, Yaradan) kəşf etmək və bu mənbə ilə bir olmaq. Əzabın səbəbi və həyatın mənası ilə bağlı bu suallar insanı Kabalaya gətirir.

Niyə mənəvi bir şey axtarıram?

Niyə həyatın hər gün verdiyindən fərqli bir şey istəyirəm? Kabala bu sualı belə verir: Ali güc üçün arzu necə yaranır?
İnsanlıq bir çox mərhələdən keçir: əvvəlcə yemək, ailə qurmaq, seks arzularından keçərək pul, güc, şan-şöhrət, elm arzusuna gəlir. İnkişafın ilk mərhələlərində yemək, ailə, seks insanın tək arzusudur. Tamamilə təcrid edilmiş bir fərd belə bu arzulara sahibdir. Cəmiyyətin təsiri ilə pul, şan-şöhrət, güc arzusu növbəti pillədə üzə çıxır.
Bundan sonra bilgi sahibi olmaq arzusu ortaya çıxır. Elm varlıqların haradan gəldiyini və mənbəyini tapmaq üçün inkişaf edir. Lakin bilgi əldə etmək arzusu dünyamızla sərhədlənir.

Növbəti pillədə insanlıq həqiqi mənbəyi, insanın kökünü, həyatın mənası haqqında suallar gəlir. “Hardan gəlmişəm?”, “Mən kiməm?”, “Mən nəyəm?” kimi suallar verir və bu suallar insanda narahatlıq yaradır.
İnsan doğulduğu andan etibarən eqoistdir. Bütün arzularımız özümüzü xoşbəxt etmək məqsədi daşıyır. Bu arzular bizi sıxışdırır və bizi idarə edir. Dünyadaki eqoizmin pik nöqtəsi bizdən üstün olanın bildiklərinə sahib olmaq arzusudur.

Arzularımızın mənbəyi nədir və necə ortaya çıxır? Arzunun mənbəyi əzab çəkməkdir. Bir arzudan digərinə keçmək yalnız əzabın təsiri ilə olur. Əgər sabit vəziyyətdəyəmsə deməli, özümü rahat hiss edirəm və hər şey yaxşıdır. Bu anda içimizdə bir arzu yaranır və bir şey əskikmiş kimi hiss edirik. Sonra yeni bir şey istəyirik və bunu əldə etməyə istiqamətlənirik. Və bu yenidən təkrarlanır. Başqa cür desək hər zaman arzularımızın ardınca gedirik.

Bu planetdə doğulmuşuq və saysız-hesabsız arzularımızı tətmin etmək üçün yaşayırıq və ölürük. Ancaq bir çox həyatdan sonra tək bir arzunun qaldığı mərhələyə gəlirik: həyatımızın mənası və kökümüzə qayıtma arzusu. Bu ilahi və böyük arzu oyandığı zaman hərşey bizə mənasız və lazımsız gəlir. Bu mərhələdə insan özünü qaranlığın içində tapır, dünyada mövcud olan heçnə ona xoşbəxtlik verməyəcəkmiş kimi, hissi və ruhi baxımdan boş hiss edir. Həyat mənasız və məqsədsiz görünür. Və “Həyatımın məqsədi nədir?”, “Niyə yaşayıram?” kimi suallar insanı Kabalaya gətirir.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

92 - 0.082