kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

İlk kabalistlər

Kabalanın kökü Hz. Adəmdən gəlir. İlk kabalist də odur. Kabala Arami dilindəki “Lekabel” kəliməsindən gəlir. Mənası içinə almaq, qonaq etmək, almağı qəbul etmək və ya sadəcə almaqdır.
Yaradan alturistdir( başqalarını düşünən, özünü düşünməyən). Bizi yaratdığı zaman bizə arzulama duyğusunu verdi. Bu duyğunu verməsəydi biz heç nə istəməzdik və beləcə Yaradanın bizi yaratmağının bir məqsədi olmazdı. Yoxdan var edilən tək şey bu arzulama duyğusudur. Arzulamaq duyğusundan başqa bu dünyada olan hər şey ruh aləmində onsuzda vardır. Sadəcə bu yoxdan var edildi və insan deyilən varlıqda material bədən oldu.

Adəm niyə ilk adamdır? “Çünki varlığının səbəbini soruşan ilk insandır”. Bu sorğulamadan sonra Yaradanı hiss edən ilk insandır. Bu səbəbdən Kabalada insan Yaradanı dərk edə bilən varlığa deyilir. Biz fiziki olan heç nədən bəhs etmirik. Eynilə orijinal heç bir müqəddəs kitabın da bəhs etmədiyi kimi.

Adəmdən sonra digər insanlar da vardı. Nuh, İbrahim və s. Hz. İbrahim ilk dəfə Kabalist qrupu qurdu. Çünki onların ruhu hələ kitablar yazılmamasına baxmayaraq Yaradanı hiss edə biləcək qədər saf idi. Əgər diqqət etsəniz görərsiniz ki, hər yeni nəsil ondan əvvəlkindən daha bayağı və daha eqoistdir. Bu səbəbdən həmin zamanlar üçün kitablara ehtiyac yox idi. İbrahimdən sonra Musa kitabı gətirdi. Çünki Musanın nəslinin buna ehiyacı var idi. Musa kabalist deyil, peyğəmbər idi. Peyğəmbərlər seçilmiş insanlardır, onlara ruh aləminin gizliliyi yuxarıdan verilir. Onlar da bunu başa düşdükdən sonra başqa seçimləri olmadığını görüb Yaradan uğrunda xidmət etdilər.

Hamımız bu xidmət etmə səviyyəsinə eqoistliyimizi alturistliyə çevirərək çatmalıyıq.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

93 - 0.082