kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Analıq və Tərbiyə Haqqında

 

analigE.Litvar: Bəşəriyyət tarix boyu inkişaf edərək daha kinli, kobud, sərt olur, amma bununla yanaşı bütün xalqların, mədəniyyətlərin, bütün dinlərin analıq hissinə münasibəti- yüksək, hörmət doludur, bunu nə ilə izah etmək olar? İnsanda bu hardan doğur?

M.Laytman: Bu təbiətdən gəlir və bizdən asılı deyil. Analıq hissinə qarşı münasibət insana ailə tərbiyəsi ilə verilir. Onun anasına və anasının da, ona olan sevgisi, anasından aldığı qoruma hissi, daha sonra, ər və xanımı arasında yaşanır. Ər, həyat yoldaşında hansısa mənada anasını görür, xanımı da ona təkcə əri kimi yox, qismən də övladı kimi davranır. Bunların hamısı ötürülür. Cinslər arasındakı uyğunluq çox çətindir.

Amma, bundan da başqa, qadına olan hörmət, nəslin davam etdirilməsinin mühümlüyü ilə də əlaqədardır. Kişi, qadını təkcə cinsi tələbatını ödəmək üçün olan obyekt kimi görmür, onda həyatını, mövcudiyyətini dəstəkləyən həmkarını görür. Mən artıq bunları deyərkən – eqoistik, adi, sağlam, heyvani nöqteyi nəzərdən çıxış edirəm.

Biz, keçmiş əsrlərdə necə olub, bunu bilirik: qadın, nəsli davam etdirmək üçün, varisin olması baxımından çox önəmli idi. Onu sağlamlığına, nəsli davam etdirə bilmək qabiliyyətinə görə seçirdilər. Amma hətta belə, təmiz sui istifadə marağına əsaslanan münasibətdə belə, qadına hər zaman hörmət edilib. Bu hörmət, ana tərbiyəsi görən oğuldan gəlir və sonra da yoldaşında da, hansısa mənada anasını görür deyə, davam edir.

Nümunə üçün, başıma gələn bir hadisəni misal çəkmək istərdim. Mən sıradan bir oğlan kimi tərbiyə almışam, düzdür, çox oxuyub, elmi dərnəklərdə çox çalışmışam. Və gələcəkdə özümü bir alim kimi görmüşəm. Ali məktəbə daxil oldum. İkinci kursda bizim bir Professorumuz vardı- Svyadoş. Daha sonralar onun iki cilddə kitabı dərc edildi “Kişilərin cinsi davranışı. Qadınların cinsi davranışı”. O, Leninqradda böyük psixiatrik klinikada işləyirdi. Bizə də, fizioligiya, psixologiya və anatomiyadan dərs keçirdi. O, öz tələbələrini müxtəlif tibb müəssisələrinə aparmağı sevirdi.

Biz , biotibbi kibernetikanı öyrənirdik. Biz – gələcəyin biotexnikləri, tibb işçiləri və tibb cihazları ilə tanış olmalıydıq, buna görə də o, bizi də tibb müəssisələrinə aparırdı. Biz dəfələrlə professor Svyadoşla, onun psixiatrik klinikasında, morqda (“Leninqrad” morqu, Vitebsk vağzalı ilə üzbəüz, böyük morq) olmuşuq. Bundan başqa 4 saylı doğum evində də olmuşuq, mən öz çalışmalarımdan birini orda yazmışam.

Bizi-19 yaşlı cavan oğlanları, ikinci kurs tələbələrini (odurki ikinci kursa keçmişdik), doğuş prosesini izləməyə apardılar. Özdə çox ağır doğuş idi. Qadınlar orda sutkalarla yatırdılar amma azad ola bilmirdilər. Həm də o illərdə, həm dərmanlar, həm cihaz təchizatı, elə də yüksək səviyyədə deyildi. Mən hardasa, təxminən 1965-ci ildən bəhs edirəm.

Mən ilk dəfə doğuş prosesini görəndə, elə təsirlənmişdim ki, mənim qadına olan münasibətim dərhal dəyişmişdi- bu andan mən ona böyük hörmət duymağa başladım. Kişi doğuş prosesində olduqda, bu onda ayrı cür iz buraxır. Özdə hələ dövr, o dövr olarsa..

Nə morq, nə əli – qolu bağlı, dəhşətli ifadəli insanların, yatdığı, o tərəf bu tərəfə qaçdığı psixi xəstəxana, məndə belə güclü təsir buraxmadı. O, bilərəkdən bizi belə qapalı şöbələrə aparırdı.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

85 - 0.073