kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Zoar Kitabı

zoharZoar kitabı
(סֶפֶר זהַר, Sefer Zoar, «İşıltı kitabı») — ən qədim bilgi qaynağı, kabalistik ədəbiyyatın əsasıdır. “Zoar” kitabı dahi kabalist- rabi Şimon Bar Yoxaem tərəfindən hazırlanıb. Zoarda ruhların vəhdətindən bəhs edilir. Zoardakı hər bir hekayə, ilahi aləmi, rabi Şimonun tələbələrindən birinin müəyyən ruhu  nöqteyi nəzərindən aşkara çıxardır. Bu tələbələr on sfirotun xüsusiyyətlərini əks etdirirlər. Rabi Şimon Beşcildliyi tələbələri ilə biryerdə müzakirə edirmiş, çünki nailiyyət, işıq ancaq birlik halında aşkar olunur.
Bu şəkildə, Zoar Kitabı yaradılışı hər tərəfdən əhatələyir vı onu bir vəhdətə gətirir. Zoar Kitabının məqsədi, bütün dünyanı birliyə gətirməkdir. Və nə zamanki, birləşmək, bəşəriyyət üçün mütləq, labüd hal alacaq – onda Zoar Kitabının tam qüvvəsi aşkara çıxacaq.
Zoarın dili
Tövratın bütün sirrlərini qələmə alarkən, rabi Şimon bunları gizli şəkildə ifadə etməliydi. Buna görə də, o, öz tələbəsi olan, rabi Abadan xaiş etdi ki, Zoarı qələmə alsın. Çünki rabi Aba ruhunun xüsusiyyətinə görə ilahi bilikləri, xüsusi bir şəkildə, gizli tərzdə ötürə bilirdi. Bu fikirləri qələmə alarkən  o, arami dilindən istifadə etmişdir. “Zoar ” Kitabı yaradılandan əsrlər boyudur ki, mübhəmdə qalmışdır. O, xaruqə, metaforik dildə yazılmışdır. Və mətnin metaforalarının arxasında gizlənən həqiqi məna, onun dərk edilməsini təmin edən açar, əsrlər boyu müəllimdən tələbəyə ötürülmüşdür. Özünün xüsusi tərzdə olan diliylə ” Zoar” xilqətin quruluşunu, ruhların dövr etməsini, hərflərin sirrini və bəşəriyyətin gələcəyini açıqlayır. Aşkara çıxdığı vaxtdan bəri “Zoar” Kitabının mətnlərini, bütün dövrlərdə, bütün xalqların  müdrik və mütəfəkkirləri deşifrə etməyə cəhd etmişlər. Amma məsələ burasındadır ki, ancaq mənəvi pillənin müəyyən səviyyəsinə nail olan kəs anlaya bilər ki, bu kitabda nələrdən bəhs edilir. Yerdə qalanlar, kənar adamlar üçün o, qədim fəlsəfi mövzuları və tarixi faktları əhatələyən rəvayətlər toplusu kimi görünür. Kabalistlər yüksək, ali aləmi təsvir edərkən, bizim dünyanın sözlərindən istifadə edirlər. Çünki ali aləmdə adlandırılma yoxdur. Dünyamızda görünən obyektlər və hadisələr ( “budaqlar” ) əslində Ali Aləmdən, kökdən enən qüvvələrdir. Buna görə də, kökü – yəni ali aləmdə olan obyekt və hadisələri təsvir etmək üçün – onların bizim dünyada yaratdığı obyekt və hadisələrin – yəni budaqların dilindən istifadə edirlər.
Bu cür dil- “budaqların dili” adlanır. Beşcildlik, Peyğəmbərlər, Müqəddəs yazılar və bir çox digər kitab bu dildədir. Onların hamısı ali aləmi təsvir edir. Bunlar heç də əfsanəvi hekayələrin cəmi və ya tarixi hadisələrin rəvayəti deyil. Sadəcə mətnə, səthi və hərfi mənada  yanaşanda bu cür görünür.
Zoar kitabının dili- təkcə işığın anlaşılması deyil, həm də onun formasını almaqdır. Bu, arzulara hoparaq, onları başqa cür kökləyən bir proqramdır. 22 hərf insanı formalaşdırır və sanki yoğurur. Və hər dəfə o daha lütfkar, daha mənəviyyatı yüksək birinə çevrilir və ən son Xaliqə tam bənzər şəkil alır.
Və bu zaman insan ilahi təsviri artıq anlayır və bu təsviri ona tanış olan elementlərə ayıra bilir. Əslində elə ən əvvəldən onun önündə bu təsvir canlanırdı, amma sən demə o, öncələr bu təsvirdə heç nəyi ayırd edə bilmirmiş.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

87 - 0.087