kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Yaradanın İdarəçiliyi – Məqsədyönlü Bir İdarə Etmədir

yaradanBu, bizi əhatələyən təbiətdəki obyektlərin inkişafından da aydın olur. Dörd növdən: cansız, bitki, heyvan və insan növlərindən, istənilən ən kichik məxluqatı belə götürsək, görərik ki, həm ayrı ayrılıqda, həm bütöv növ özü, məqsədyönlü şəkildə idarə olunur. Yəni, səbəb və nəticə əlaqələri cərcivəsi üzərində qurulan , tədrici və pilləli inkişaf, ağacdaki bara bğnzğyir, hansıki onun idarəciliyi sonda qənaətbəxş nəticə üçün-bu barı, şirin və dadlı etmək üçündür. Botaniklərdən soruşun: bu, meyvə, yaranmasından, son məqsədə- tam yetişmiş hala çatana kimi, neçə səviyyə keçir? Və son hala qədər keçilən, geridə qalan digər vəziyyətlərdə, meyvənin son vəziyyətinə- gözəl və şirin olacağına dair, heç bir işarə belə yoxdu. Əksinə, bu mərhələlər,sanki, bizi qəzəbləndirmək üçün,meyvənin son vəziyyətinin, tam tərsini əks etdirir. Yəni, bar, sonda nə qədər şirin olacaqsa, o, inkişafının daha öncəki vəziyyətlərində, bir o qədər aci və çirkin olur.
Eləcədə, “heyvan” və “insan” səviyyələrində. Öz inkişafının əvvəlində şuuru az olan və sonunda da , bir elə, nəzərəçarpan dəyişiklik olmayan heyvanda da. Həmçinin, inkişafının sonunda şuuru dəfələrlə artan insanda da, çoxlu dəyişikliklər olur.

Bir günlük dana, artıq öküz adlanır. Çünki, ayaqları üstə dura bilir, yeriyə bilir, və şuuru var- özünü, qarşısına çıxan təhlökələrdən qoruya bilir.
Amma, bir günlük körpə, cansız bir varlığa bənzəyir.
Və əgər, bu dünyanın reallıqlarından xəbərsiz biri, bu iki yenidoğulmuşa baxıb, fikir yürüdəsi olsa, bu zaman körpə haqqında deyərdi, ki, o öz hədəfinə çatmaqda çətinlik çəkəcək, amma dana haqqında deyərdiki, böyük bir igid doğulub. Yəni, dananın və körpənin əqli inkişaf dərəcəsinə baxdıqda, körpə şuursuz və heç bir şey duymayan kimi görünür. Belə olan halda, aydın şəkildə nəzərə çarpır ki, Yaradanın yaratmış olduğu reallığı idarə etməsi- məqsədyönlü şəkildə idarəçilik formasından başqa bir şey deyil. Və bu idarə forması, inkişafın səviyyə dərəcəsini hesaba qatmır. Əksinə, elə bil, bu səviyyələrin köməyi ilə bizi, bilə -bilə yanıldaraq, onların varlıq səbəblərini anlamaqdan yayındırır, həmişə bizə son variantın tam tərsi olan vəziyyətləri göstərir. Bunu nəzərə alaraq deyirik: “Təcrübəli bir insandan, daha ağıllısı yoxdur”. Çünki, yalnız təcrübə əldə etmiş, yəni məxluqatı, son, kamil vəziyyətinə kimi bütün keçdiyi bütün inkişaf mərhələlərində, müşahidə etmək imkanı olan biri öz qorxularını sakitləşdirə bilər. Bu, məxluqatın ayrı- ayrı inkişaf mərhələlərində olduğu, əyilmiş şəkillərə baxmayaraq, tamamlanmış inkişafın mükəmməlliyinə inana bilər. Bu, hər bir məxluq üçün vacib olan, pilləli inkişafın mənasını Kabbala elmi açıqlayır.Və nəsə əlavə etməyə heç nə qalmır.Beləliklə, Yaradanın idarəçilik yollarının belə detallı şəkildə açıqlanması, bizə sübut edir ki, bu idarəçilik – yalnız məqsədyönlü ola bilər. Amma, yaradılmış öz son nöqtəsinə, tamamlanmış formasına və son inkişaf vəziyyətinə çatmayana kimi, O’nun xoş münasibəti ümumiyyətlə hiss olunmur. Bu vaxta kimi isə, əksinə, müşahidəçinin önünə hər şey eybəcərliklərə bürünmüş şəkildə çıxır. Və aydındır ki, Yaradan, öz məxluqatına yalnız mərhəmət göstərir. Amma, O’ndan gələn bu mərhəmət, elə, məqsədyönlü idarəçiliyin özüdür.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

86 - 0.079