kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Zoarda bəhs edilən hərflər nədir?

 

zoarHərf- simvoldur, hərflərin forması, bir- biri ilə birləşən qüvvələrin formasını simvolizə edir. Biz bu qüvvələri təsvir etmək istəyiriksə, onda onlara müəyyən forma verməliyik. Mənəvi aləmdə, forma olmur. Amma bizim aləmdə, bu hərflərin köməyi ilə, mənəvi xüsusiyyətləri izah edə bilərik.

Deyəkki, “Sameh” hərfi ( o ) – dairəvidir, bu da onun mərhəmətli və paylaşmaq kimi xüsusiyyətlərini göstərir. Onun ədədi qiyməti (hematriya), 60-a bərabərdir. 60= 6х10 (hər biri 10 hissədən ibarət olan, 6 sfirot). Bu yolla, 6-nın, 10-un, “dairəvi” nin nə olduğunu,”sameh” hərfinə dairəvi forma verməklə, onun hansı xüsusiyyətinə işarə etdiyimizi izah edə bilərik. Mənəvi məkandasa, bunların heç biri yoxdur. Amma, bir- birimizə izah etmək üçün, bizim ümumi bir dilimiz olmalıdı. Əgər ünsiyyət dili olmasaydı, nə hərflərə, nə digər simvollara ehtiyac olmazdı. Mənəvi aləmdə, yəni mənim duyğularımda heç bir forma təsvir etməyə ehtiyac yoxdur. Mənim duyğularımda, heç bir təsvir yoxdur- təkcə , əldə etdiyimiz zaman, bizdə təəssurat buraxan arzuların duyğusu olur. Amma, mən arzumun necə olduğunu, nələrin, hansı əks xüsusiyyətlərin, ona nə dərəcədə təsir etdiyini ifadə etmək istəyəndə, sol və sağ tərəflər, yuxarı və aşağı istiqamətlər, muxtəlif rənglər əmələ gəlir. Bu zaman, bu aspektlərin hamısı mənə gərəkli olur.

Ressam nəyə görə rəsm çıkir? O, hiss edir ki, öz duyğularını, heyrətini, ruh yüksəkliyini digər insanlarla paylaşmalıdır. Amma, rəsm- onun duyğularının və başqalarıyla paylaşmaq istəyinin, yalnız zahirən ifadəsidir. Anlamayanlara, elə gəlir ki, rəssam kağıza vı ya kətana öz daxili təəssuratlarını, öz ilham hissini köçürür. Əgər söhbət, zəif, dünyavi təəssuratdan gedirsə- bu hardasa mümkündür. Amma, mənəvi təəssuratı ifadə etmək mümkünsüzdür. Buna görə də, bizlərə, ilahi təəssuratlarımızı nə rəsm, nə heykəltaraşlıq vasitəsilə ifadə etməyə icazə verilmir, çönki onsuzda iç təəssuratı ifadə edə bilməyəcəyik. Mənəvi xüsusiyyətləri, halları və prosesləri hərf və çertyoj vasitəsilə ifadə etməyə izn verilib, çünki bu zaman öz təəssuratlarımızı yox, bu təəssuratların simvollarını tesvir edirik. Və öz razılığımız əsasında, bu simvollar, hər birimizdə uyğun olaraq eyni təəssuratlar yaradır, bu simvolların köməyi ilə təəsuratlar bir kəsdən, digərinə ötürülür. Və bu simvolların vasitəsilə əlaqələniriksə, bu dil adlanır. Amma hər halda, hər bir insanın təəssuratları fərqlidir. Çünki bizim hamımız bir birimizdən fərqlənirik.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

85 - 0.078