kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Sevgi Nədir

phpThumb_generated_thumbnail (1)Sevgi- yaradılışda olan ən əsas, ən ümdə xüsusiyyətdir. Hətta mən deyərdim ki, yaradılışın parçalarını birləşdirərək, hərəkətə gətirib, idarə edən yeganə müsbət xüsusiyyətdir. O, quruluşun bütün elementlərini: cansız, bitki, heyvan və sonda insanın bütün daxili aləmini birləşdirir. Bu, birləşdirən xüsusiyyəti biz sevgi və ya qarşılıqlı paylaşma kimi adlandırırıq. Ümumi sevgi qanununa bütün təbiət uyur. Təkcə insan təbəqəsindən başqa. Bizlər, öz öhdəmizə buraxıldığımız üçün, bu qanunun əleyhinə əlimizdən  gələni edirik.
Əgər bioloqlara müraciət etsək, görərik ki, istənilən orqanizmin funksional ola bilməsi, onun varlığı, inkişafı, onun elementlərinin tam inteqral əlaqəsindən asılıdır. Bu qanuna uyğun olaraq hər bir hüceyrə bütün bədənin həyat fəaliyyətinin, sağlamlığının , onun həyat qabiliyyətinin saxlanılmasının qayğına qalır. Yəni bədənə nə lazımdırsa, o, avtomatik olaraq verir.  O, hətta özünü məhv etmək əmrinə də tabe olur. Çünki artıq öz funksiyasını yerinə yetirmişdir. O,öz resursunu bitirmişdir – proqram sönür və hüceyrə özü tərəfindən məhv edilir. Sistemin varolmasını təmin edən ümumi qanun bütün elementləri idarə edir.
Əgər biz təbiətin ümumi, inteqral qanununu, birlik, homeostaz qanununu araşdırsaq, görərik ki, təbiət təkcə özünü qoruma, özünü təminetmə niyyətindən çıxış edir və özünü müəyyən olunmuş bir hədəfə nail olmaq üçün inkişaf etdirir. O, ayrı ayrı hissələrin inkişafını nəzərə almır. Bu, inteqral qarşılıqlı  əlaqələr, yəni, elementlər arasında olan inteqral əlaqələr, təbiətin bütün səviyyələrinin varlığını müəyyən edir.
Bunu anlayandan sonra, insana baxırıq və onun bu qanuna tamamilə əks olduğunu görürük. Mən insan orqanizminin sanki heyvan kimi funksiya edərək, təbiətin qanunlarına təbii şəkildə uyduğu vəziyyəti nəzərdə tutmuram.
İnsan səviyyəsini – yəni, aramızda qarşılıqlı əlaqələrin olduğu, duyğular, düşüncələr səviyyəsini nəzərdə tuturam. Bizim “Mən” imiz olan səviyyə təmamilə eqoist olduğumuz səviyyədir. Biz dünyanın inteqrallığını, onun hissələrinin bir- birilə qarşılıqlı əlaqəsini qəbul etmək istəmirik. Dünya kiçik qlobal kənddir- burda biz biri birimizdən asılıyıq. Bu gün bizə açılan həqiqət məhz budur. Təbiətin bir hissəsi olaraq, biz bütün mərhələlərdə, öz fikirlərimizlə, arzularımızla, əməllərimizlə bu inteqrasiyaya böyük zərər vururuq. Nəticədə bu bizə təbiətin bütün hissələrinin mənfi təsiri kimi qayıdır və biz də artıq bunu bu gün duymağa başlamışıq.
Mütləq sevgi qanununa, ümumbəşəri asılılığa, diqqətə, qayğıya – instinktiv olaraq, təbii, təhtəlşüur şəkildə- uymaq -insan səviyyəsində mümkünsüzdür. Əgər biz hər bir kəsə ancaq bu qanuna uyğun, münasibət göstərsək, yəni dərk etsək ki, biz hamımız eyniyik, bir birimizə bağlıyıq, hamımız bir qəlbə, bir ruha, eyni fikirlərə sahibik, bu zaman bizim təbiətdəki mövcudiyyətimiz düzgün, inteqral olar. Bu zaman biz, bütün yerdə qalan təbiətlə vəhdətdə olarıq və bizim ona olan münasibətimiz – sevgi – olar.
Bu qanunu bilmək bizi vadar edir ki, anlayaq: bugün bizim aramızda olan sevgi və nifrət- yalnız mütləq olan eqoizmdir. Bu, cinsi aspektdə, ailədə, cəmiyyətdə- özünün yalançı fayda əldə etməsi üçün birinin, digərindən istifadə etməsidir. Yalançı fayda deyirəm, çünki, insan sonda heç bir fayda almır.
Hər şey sadə, eqoistik gözləntilərin əsasında qurulur. Öz əməlinin zərərini düşünmədən, insan ancaq krizisi dərinləşdirir.
Bu gün, eqoizmin inkişafının son mərhələsində, bizlər insan münasibətlərinin tam süqutunun şahidi oluruq. Keçmişdə hansısa bağlar, sövdələşmələr, şərtlər bizi bir birimizlə əlaqələndirirdi. Günümüzdə isə, açıq aşkar, utanmaz eqoizm özünün bütün çılpaqlığıyla təzahür edir. Və bu yaxşıdır, çünki, özümüzün əsl üzünü görəndə, problemin həllinə daha da yaxınlaşırıq. Kabbala bizə, sevgiyə nail olmaq imkanı verir.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

91 - 0.089