kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Ali Aləmlərin Melodiyası

12160_mediumAli aləmi duymağa başlayan kabalist, başqa bir müstəviyə daxil olur.Onun önündə bu dünyada olmayan – gözəl və zənginliyi ilə heyran edən bir aləm açılır.

O, artıq başqa anlayışları duyur- bizim dünyanı hərəkətə gətirən qüvvələr, cisimdə yaşamayan ruhlar , gələcək, keçmiş və indiki zaman onun önündə, indiki anda canlanır.O bütün bunları yaşayır , onun içi əbədi ,mükəmməl bir duyğuyla dolur və o duyur ki , özündə bütün yaradılışı cəm edir.Bu əngin duyğuları sözlə ifadə etmək mümkünsüzdür.Kabalistlərin öz kitablarında bizlərə verdikləri məsləhətlərdə, bu təəssürata, duyğulara necə nail ola bilərik , bu reallığı necə aşkara çıxara bilərik- bunlar öz əksini tapır.
Onlar, açıqlayırlar ki, biz öz içimizdə , öz qüvvələrimizlə,arzularımızla ,ekran,reşimot – ruhumuzda olanlarla – hansı əməllər etməliyik ,deyilir ki :” Hansısa bir əməli et və duyacaqsan ki…” Amma insan nə duyacaq, bu barədə onlar heç nə demirlər.Çünki duyğunu ifadə etmək mümkünsüzdür.Bu ona bənzəyir ki, dünyamızda əgər mən kiməsə ” Dadına bax- gör ki,bu necədir” – acıdır və ya şirindir, bu və ya başqa cürdür – desəm, mən ancaq onun hiss edəcəyi duyğuya işarə etmiş olaram.Ancaq duyğunun özünü ,ancaq o özü,bir başqası yox, o özü bu təamı qəbul edərkən duyur.
Buna görə də, duyduğunu, önündə aşkara çıxanı, ali aləmin nə olduğunu bizlərə çatdırmaq,kabalist üçün çətindir.
İlahi yolda keçilən duyğulardan xəbərsiz olan birinə, necəsə işarə etmək və ya onda , hansısaa bir təsəvvür yaratmaq üçün mahiyyətcə bir vasitə var.Ali aləm aşkar olunan şəxsin təəssüratını canlandıran, onun heyranlığını ifadə edə biləcək bu vasitə- səslərdir.Amma səslər də, təəssüratı tam olaraq yaşada bilməz, çünki bizdə Ali aləm duyğusuna nail olmuş və onu duyan kabalistdə olan kəlim, arzular, duyğu üzvləri və daxildən gələn müəyyən məqamlar yoxdur.
Amma yenə də, bu , qismən bənzər təəssürat , zəif bir əks olunma hissi oyadır. Buna görə də,kabalistlər məqalə və dərin, çətin materialı qələmə almaqla yanaşı mahnılar,melodiyalar da bəstələmişlər.Bu da , Kabalistin duyğularını daha qısa, birbaşa, ürəkdən ürəyə, sözsüz ötürməsi üçün olan bir yoldur.Belə ki, bu səslər insanın qəlbinə daxil olsun və hansısa bir məqamı dəyişsin və necəsə bir yolla onu ,Ali aləm duyğusuna kökləsin.

M.Laytman

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

85 - 0.295